https://sputnik.az/20230208/zelzeleden-texliye-edilen-azerbaycan-vetendaslari-vetene-yola-salinib-451567604.html
Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salınıb
Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salınıb
Sputnik Azərbaycan
Zəlzələdə dağıntılar altında qalan 25 nəfər azərbaycanlının axtarışı davam etdirilir. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T21:08+0400
2023-02-08T21:08+0400
2023-02-08T21:08+0400
azərbaycan xəbərləri
türkiyə
zəlzələ
azərbaycan
vətəndaş
https://cdnn1.img.sputnik.az/img/07e7/02/07/451496454_0:161:3071:1888_1920x0_80_0_0_41e5b9be5a1a07bd2da6237dfe3fe958.jpg
BAKI, 8 fevral - Sputnik. Türkiyənin zəlzələ baş vermiş 12 vilayətindən təxliyə edilən Azərbaycan vətəndaşları Gürcüstan vasitəsilə Vətənə gətiriliblər.APA xəbər verir ki, təxliyə edilənlərdən təxminən 100 nəfəri "Qırmızı Körpü" sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olublar.Təxliyə prosesi Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə baş tutub.Gürcüstan vasitəsi ilə Türkiyədən ümumilikdə 205 Azərbaycan vətəndaşı təxliyə ediləcək.Digər Azərbaycan vətəndaşları da hazırda Gürcüstan ərazisindədir və onların gecə saat 02:00-dək Azərbaycana daxil olacağı bildirilib.Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.Güclü zəlzələ nəticəsində ölənlərin sayı 9000 nəfəri ötüb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib baş verən zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların axtarışı davam edir. Hazırda 25 nəfər axtarışdadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/07/451496454_170:0:2901:2048_1920x0_80_0_0_a35078b535225fe41e25e57a644237c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, zəlzələ, azərbaycan, vətəndaş
türkiyə, zəlzələ, azərbaycan, vətəndaş
Zəlzələdən təxliyə edilən Azərbaycan vətəndaşları Vətənə yola salınıb
Zəlzələdə dağıntılar altında qalan 25 nəfər azərbaycanlının axtarışı davam etdirilir.
BAKI, 8 fevral - Sputnik. Türkiyənin zəlzələ baş vermiş 12 vilayətindən təxliyə edilən Azərbaycan vətəndaşları Gürcüstan vasitəsilə Vətənə gətiriliblər.
APA xəbər verir ki, təxliyə edilənlərdən təxminən 100 nəfəri "Qırmızı Körpü" sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olublar.
Təxliyə prosesi Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə baş tutub.
Gürcüstan vasitəsi ilə Türkiyədən ümumilikdə 205 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
Digər Azərbaycan vətəndaşları da hazırda Gürcüstan ərazisindədir və onların gecə saat 02:00-dək Azərbaycana daxil olacağı bildirilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 9000 nəfəri ötüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib baş verən zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların axtarışı davam edir. Hazırda 25 nəfər axtarışdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.