https://sputnik.az/20230208/turkiyeye-edilen-yardimlardan-edv-tutulmur---dovlet-vergi-xidmeti-451549228.html
Türkiyəyə edilən yardımlardan ƏDV tutulmur - Dövlət Vergi Xidməti
Türkiyəyə edilən yardımlardan ƏDV tutulmur - Dövlət Vergi Xidməti
Sputnik Azərbaycan
Azərbaycan Banklar Assosiasiyasının sədri deyib ki, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər... 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T16:27+0400
2023-02-08T16:27+0400
2023-02-08T16:27+0400
ədv
azərbaycan xəbərləri
türkiyə
yardım
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_0:0:3073:1728_1920x0_80_0_0_dffa4837b3d5b26cf2e35abdbdfbdad6.jpg
BAKI, 8 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur. Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-1.2 Çağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev APA-ya açıqlamasında deyib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı birgə qərara gəlib. Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur. Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Güclü zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_48:0:2779:2048_1920x0_80_0_0_ac80bc392735496c8485ea840665489f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ədv, türkiyə, yardım, zəlzələ
ədv, türkiyə, yardım, zəlzələ
Türkiyəyə edilən yardımlardan ƏDV tutulmur - Dövlət Vergi Xidməti
Azərbaycan Banklar Assosiasiyasının sədri deyib ki, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.
BAKI, 8 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin 195-1.2 Çağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev APA-ya açıqlamasında deyib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı birgə qərara gəlib.
Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Güclü zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə çatıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.