https://sputnik.az/20230208/turkiyedeki-zelzele-ile-bagli-umumdunya-sehiyye-teskilati-fovqelade-veziyyet-elan-edib-451535170.html
Türkiyədəki zəlzələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib
Türkiyədəki zəlzələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib
Sputnik Azərbaycan
Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T12:51+0400
2023-02-08T12:51+0400
2023-02-08T16:22+0400
üst
türkiyə
zəlzələ
fövqəladə
vəziyyət
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080954_0:160:3073:1888_1920x0_80_0_0_7024c857d16b53b0d38491da9fab564e.jpg
BAKI, 8 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edib. ÜST Türkiyədə baş verən zəlzələ üçün ən yüksək səviyyə olan "3-cü dərəcəli fövqəladə vəziyyət" elan edib. Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir və ÜST-nin bütün agentlik aktivlərinin səfərbər edilməsinə aiddir. Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə yola düşüb. Fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/09/424080954_170:0:2901:2048_1920x0_80_0_0_5ff1cfc447e1a71a83fa23c7beb250d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
üst, türkiyə, zəlzələ, fövqəladə, vəziyyət
üst, türkiyə, zəlzələ, fövqəladə, vəziyyət
Türkiyədəki zəlzələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib
12:51 08.02.2023 (Yenilənib: 16:22 08.02.2023) Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir.
BAKI, 8 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edib. ÜST Türkiyədə baş verən zəlzələ üçün ən yüksək səviyyə olan "3-cü dərəcəli fövqəladə vəziyyət" elan edib.
Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir və ÜST-nin bütün agentlik aktivlərinin səfərbər edilməsinə aiddir.
Qeyd edək ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə yola düşüb.
Fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.