https://sputnik.az/20230208/turkiye-millisinin-iki-voleybolcusu-zelzele-neticesinde-helak-olub-451553288.html
Türkiyə millisinin iki voleybolçusu zəlzələ nəticəsində həlak olub
Türkiyə millisinin iki voleybolçusu zəlzələ nəticəsində həlak olub
Sputnik Azərbaycan
Dağıntılar altında qalan Mehmet Can Ağırbaş və Emincan Kocabaş "Malatya Böyükşəhər Bələdiyəspor"un formasını geyiniblər. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T19:04+0400
2023-02-08T19:04+0400
2023-02-08T19:04+0400
voleybol
dünya xəbərləri
türkiyə
milli
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/42376/03/423760347_0:0:3073:1728_1920x0_80_0_0_e61f3f76c4ff875276e0db3fa44748b0.jpg
BAKI, 8 fevral — Sputnik. Kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının iki üzvü zəlzələ nəticəsində həlak olub. Dağıntılar altında qalan Mehmet Can Ağırbaş və Emincan Kocabaş "Malatya Böyükşəhər Bələdiyəspor"un formasını geyiniblər. Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir. Zəlzələ nəticəsində 49133 nəfər xəsarət alıb, 6444 bina dağılıb. Zəlzələdən zərər çəkən ailələrə 10 min lirə (təqribən 903 AZN) veriləcək. O, zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işlərinin aparılacağını da diqqətə çatdırıb. Türkiyə Prezidenti qeyd edib ki, dövlət qurumları iş başındadır. O, ilk günlər bəzi çətinliklərin yaşandığını vurğulayıb. Əlavə edib ki, hazırda vəziyyətə nəzarət edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/03/423760347_0:0:2731:2048_1920x0_80_0_0_19a0f2cf0ad0d79f9ed56f773231a97d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
voleybol, türkiyə, milli, zəlzələ
voleybol, türkiyə, milli, zəlzələ
Türkiyə millisinin iki voleybolçusu zəlzələ nəticəsində həlak olub
Dağıntılar altında qalan Mehmet Can Ağırbaş və Emincan Kocabaş "Malatya Böyükşəhər Bələdiyəspor"un formasını geyiniblər.
BAKI, 8 fevral — Sputnik. Kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının iki üzvü zəlzələ nəticəsində həlak olub. Dağıntılar altında qalan Mehmet Can Ağırbaş və Emincan Kocabaş "Malatya Böyükşəhər Bələdiyəspor"un formasını geyiniblər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir. Zəlzələ nəticəsində 49133 nəfər xəsarət alıb, 6444 bina dağılıb. Zəlzələdən zərər çəkən ailələrə 10 min lirə (təqribən 903 AZN) veriləcək.
O, zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işlərinin aparılacağını da diqqətə çatdırıb.
Türkiyə Prezidenti qeyd edib ki, dövlət qurumları iş başındadır. O, ilk günlər bəzi çətinliklərin yaşandığını vurğulayıb. Əlavə edib ki, hazırda vəziyyətə nəzarət edirlər.