DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriyadakı zəlzələdə ölənlərin sayı artır

© AP Photo / Ghaith AlsayedSuriyada zəlzələnin fəsadları
Suriyada zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.
BAKI, 8 fevral — Sputnik. Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Suriyadakı nümayəndəliyindən bildirilib.
Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var. Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 min 234 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 37011 nəfər yaralanıb.
Xəbər lenti
0