https://sputnik.az/20230208/serbiya-bolqaristan-vasitesile-azerbaycandan-macaristana-qaz-tedaruk-etmek-isteyir-451555232.html
Serbiya Bolqarıstan vasitəsilə Azərbaycandan Macarıstana qaz tədarük etmək istəyir
Serbiya Bolqarıstan vasitəsilə Azərbaycandan Macarıstana qaz tədarük etmək istəyir
Sputnik Azərbaycan
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri bildirib ki, Serbiya yeni istilik mövsümünə hazırlıq zamanı Macarıstanın anbarlarında 500 milyon... 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T18:01+0400
2023-02-08T18:01+0400
2023-02-08T18:01+0400
serbiya
iqtisadiyyat
azərbaycan
macarıstan
bolqarıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366900_0:114:3236:1934_1920x0_80_0_0_e68d6ca029fa1bd3b390a81ff108b396.jpg
BAKI, 8 fevral — Sputnik. Serbiya hökuməti Azərbaycan qazının Bolqarıstanla tikilməkdə olan birləşdirici qaz kəməri vasitəsilə Macarıstana gələcəkdə nəqli üçün texniki imkanları genişləndirməyi planlaşdırır. Bunu Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç bildirib. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belqradda işgüzar səfərdədir. Serbiyanın Energetika Nazirliyinin rəhbəri ilə görüşdən sonra o bildirib ki, Serbiya ötən ildə olduğu kimi, yeni istilik mövsümünə hazırlıq zamanı Macarıstanın anbarlarında 500 milyon kubmetrədək qaz yerləşdirə biləcək. Cavab olaraq Cedoviç qeyd edib ki, Belqradın məqsədi qaz tədarükünü diversifikasiya etmək və Bolqarıstan vasitəsilə Cənub Qaz Dəhlizinə daxil olmaqdır. "Biz Serbiyada infrastruktur imkanlarını artırmaq, qaz infrastrukturuna daha çox sərmayə qoymaq istəyirik ki, Azərbaycan qazı ölkəmizdən keçsin və Serbiya, Macarıstan və digər ölkələrin tədarükünü təmin edə bilsin", - deyə energetika naziri bildirib. Serbiya və Bolqarıstan prezidentləri Aleksandr Vuçiç və Rumen Radev fevralın 1-də Azərbaycan, Yunanıstandan və Rusiyaya digər alternativ mənbələrindən mavi yanacağın tədarükünü diversifikasiya etmək üçün Bolqarıstan ərazisində birləşdirici qaz kəmərinin (interkonnektor) tikintisi prosesinə başlayıblar. Serbiya hökuməti 2023-cü ildə Bolqarıstanla birləşdirici qaz kəməri vasitəsilə Azərbaycandan ildə 1,4 milyard kubmetr həcmdə qaz almağı planlaşdırdığını bu yaxınlarda açıqlayıb. Serbiyada qaz kəmərinin əlavə qolu 2022-ci il fevralın 1-də fəaliyyətə başlayıb. Serbiya tərəfində 109 kilometr uzunluğunda tikilməkdə olan Niş-Dimitrovqrad interkonnektorunun Belqrada təxminən 90 milyon avroya başa gələcəyi gözlənilir ki, bunun da 49,6 milyonu Aİ-nin subsidiyalarıdır. Avropa İnvestisiya Bankı isə 25 milyon avro kredit ayırıb. Plana əsasən, qaz kəmərinin gücü ildə 1,8 milyard kubmetrdən çox olacaq. Yunanıstanın Komotini şəhərindən Bolqarıstanın Stara Zaqora şəhərinə qədər 182 kilometr uzunluğunda olan Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun - birləşdirici qaz kəmərinin gücü ildə üç milyard kubmetr qaz təşkil edir və həcmi beş milyard kubmetrə qədər artırmaq mümkündür. Layihə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Aleksandrupolisdəki sıxılmış təbii qaz terminalı çərçivəsində Azərbaycan qazı üçün nəzərdə tutulub. Hazırda Rusiya Serbiyaya təbii qaz tədarük edən yeganə ölkədir. "Qazprom"la iki illik müqaviləyə əsasən, rəsmi Belqrad ildə təxminən 2,2 milyard kubmetr və ya illik qaz tələbatının 62%-ni təmin edib və qış mövsümü üçün öz ərazisində və Macarıstanda təxminən 700 milyon kubmetr qaz ehtiyatı saxlamağı planlaşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366900_253:0:2984:2048_1920x0_80_0_0_44020f0b9f324d75436f4e22e9a266c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
serbiya, azərbaycan, macarıstan, bolqarıstan
serbiya, azərbaycan, macarıstan, bolqarıstan
Serbiya Bolqarıstan vasitəsilə Azərbaycandan Macarıstana qaz tədarük etmək istəyir
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri bildirib ki, Serbiya yeni istilik mövsümünə hazırlıq zamanı Macarıstanın anbarlarında 500 milyon kubmetrə qədər qaz yerləşdirə biləcək.
BAKI, 8 fevral — Sputnik. Serbiya hökuməti Azərbaycan qazının Bolqarıstanla tikilməkdə olan birləşdirici qaz kəməri vasitəsilə Macarıstana gələcəkdə nəqli üçün texniki imkanları genişləndirməyi planlaşdırır. Bunu Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç bildirib.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belqradda işgüzar səfərdədir. Serbiyanın Energetika Nazirliyinin rəhbəri ilə görüşdən sonra o bildirib ki, Serbiya ötən ildə olduğu kimi, yeni istilik mövsümünə hazırlıq zamanı Macarıstanın anbarlarında 500 milyon kubmetrədək qaz yerləşdirə biləcək.
Cavab olaraq Cedoviç qeyd edib ki, Belqradın məqsədi qaz tədarükünü diversifikasiya etmək və Bolqarıstan vasitəsilə Cənub Qaz Dəhlizinə daxil olmaqdır.
"Biz Serbiyada infrastruktur imkanlarını artırmaq, qaz infrastrukturuna daha çox sərmayə qoymaq istəyirik ki, Azərbaycan qazı ölkəmizdən keçsin və Serbiya, Macarıstan və digər ölkələrin tədarükünü təmin edə bilsin", - deyə energetika naziri bildirib.
Serbiya və Bolqarıstan prezidentləri Aleksandr Vuçiç və Rumen Radev fevralın 1-də Azərbaycan, Yunanıstandan və Rusiyaya digər alternativ mənbələrindən mavi yanacağın tədarükünü diversifikasiya etmək üçün Bolqarıstan ərazisində birləşdirici qaz kəmərinin (interkonnektor) tikintisi prosesinə başlayıblar.
Serbiya hökuməti 2023-cü ildə Bolqarıstanla birləşdirici qaz kəməri vasitəsilə Azərbaycandan ildə 1,4 milyard kubmetr həcmdə qaz almağı planlaşdırdığını bu yaxınlarda açıqlayıb. Serbiyada qaz kəmərinin əlavə qolu 2022-ci il fevralın 1-də fəaliyyətə başlayıb.
Serbiya tərəfində 109 kilometr uzunluğunda tikilməkdə olan Niş-Dimitrovqrad interkonnektorunun Belqrada təxminən 90 milyon avroya başa gələcəyi gözlənilir ki, bunun da 49,6 milyonu Aİ-nin subsidiyalarıdır. Avropa İnvestisiya Bankı isə 25 milyon avro kredit ayırıb. Plana əsasən, qaz kəmərinin gücü ildə 1,8 milyard kubmetrdən çox olacaq.
Yunanıstanın Komotini şəhərindən Bolqarıstanın Stara Zaqora şəhərinə qədər 182 kilometr uzunluğunda olan Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun - birləşdirici qaz kəmərinin gücü ildə üç milyard kubmetr qaz təşkil edir və həcmi beş milyard kubmetrə qədər artırmaq mümkündür. Layihə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Aleksandrupolisdəki sıxılmış təbii qaz terminalı çərçivəsində Azərbaycan qazı üçün nəzərdə tutulub.
Hazırda Rusiya Serbiyaya təbii qaz tədarük edən yeganə ölkədir. "Qazprom"la iki illik müqaviləyə əsasən, rəsmi Belqrad ildə təxminən 2,2 milyard kubmetr və ya illik qaz tələbatının 62%-ni təmin edib və qış mövsümü üçün öz ərazisində və Macarıstanda təxminən 700 milyon kubmetr qaz ehtiyatı saxlamağı planlaşdırır.