Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi valideynlərə çağırış edib

© Sputnik / Валерий Титиевский / Mediabanka keçidUşaq xəstəxanası
Uşaq xəstəxanası  - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
İnfeksionist bildirib ki, ilk növbədə risk qruplarına aid olan şəxslərin – azyaşlıların, hamilələrin, yaşı 65-in üzərində olanların, yanaşı xəstəliyi olanların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir.
BAKI, 8 fevral — Sputnik. "Soyuq aylarda respirator virus infeksiyalarının çox yayıldığı müddətdə xəstə uşaqların bağçaya, məktəblilərin isə dərsə getməmələri tövsiyə olunur".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.
O bildirib ki, soyuq aylarda geyimlər düzgün seçilməlidir:

"Hətta işləyən şəxslərin də bir müddət ev şəraitində müalicə almaları tövsiyə edilir. Çünki xəstə insanın 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləmək məqsədəuyğundur. İnanırıq ki, yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş də olmayacaq. Payız-qış mövsümündə xəstələnmə sayının çox olması təbiidir. Sadəcə bu dövrdə məsuliyyətli olmaq lazımdır. Xəstə insanlarla təmasda olan şəxs qoruyucu maskadan istifadə etməlidir və digər gigiyenik qaydalara ciddi əməl edilməlidir".

© Photo : TRENDTəyyar Eyvazov
Təyyar Eyvazov  - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Təyyar Eyvazov
İnfeksionist qeyd edib ki, Səhiyyə Nazirliyi bu il ölkəyə qrip əleyhinə peyvəndlər gətirib. Peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar. Onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər.
O bildirib ki, ilk növbədə risk qruplarına aid olan şəxslərin – azyaşlıların, hamilələrin, yaşı 65-in üzərində olanların, yanaşı xəstəliyi olanların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir.
T.Eyvazov əlavə edib ki, immun sisteminin yüksək olması üçün sağlam həyat tərzi və düzgün qidalanmaya üstünlük verilməlidir: "Vitaminlərin bol olduğu qida qəbulu vacibdir. İnsan özündə olan xəstəliklərin aşkar olunması üçün hər il tibbi müayinədən keçməlidir. Bu halda ağır fəsadlardan qurtula bilər".
Azərbaycanda influenza virusu yayılıb
İnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir: “Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb. Digər viruslar da aktivdir. Qrip isə ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda, xəstəxanada müalicə almaq lazım olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0