https://sputnik.az/20230208/quranin-yandirilmasi-svecde-tehlukesizlik-veziyyetine-menfi-tesir-gosterib---polis-451561056.html
Quranın yandırılması İsveçdə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib - Polis
Quranın yandırılması İsveçdə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib - Polis
Sputnik Azərbaycan
Yanvarın 27-də danimarkalı ifrat sağçı fəal Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T19:39+0400
2023-02-08T19:39+0400
2023-02-08T19:39+0400
dünya xəbərləri
quran
yandırılma
isveç
danimarka
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451276266_0:0:3073:1728_1920x0_80_0_0_4caaac864eb4ce872719d26e392ab860.jpg
BAKI, 8 fevral - Sputnik. Türkiyənin Stokholmdakı səfirliyində Quranın yandırılması ilə bağlı aksiya İsveçdə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib. Bu barədə İsveç Milli Təhlükəsizlik Polisinin bəyanatında deyilir.“Yanvarda Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya əhəmiyyətli idi. Xidmətimiz daha əvvəl bu vəziyyətin təhdidlərə səbəb ola biləcəyini bildirmiş və hesab edir ki, bu, təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib. Bu, hazırda dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda nəzərdən keçirilməlidir”, - deyə qurumun çərşənbə günü yayılan bəyanatda deyilir.Qeyd olunur ki, idarə İsveçə və ölkənin xaricdəki maraqlarına yönəlmiş hücum təhlükələri barədə məlumatları daim təhlil edir.“Son hadisələrdən sonra xidmətimiz emal etdiyi kəşfiyyat məlumatlarında hücum təhdidlərinin sayının artdığını qeyd edib. Bu o deməkdir ki, hazırda dünyanın islamçı dairələri İsveçə diqqəti artırıb”, - deyə qurumdan bildirilib.Danimarkalı ifrat sağçı fəal Rasmus Paludan yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında aksiya keçirmək üçün İsveç hakimiyyətindən icazə alaraq yanvarın 27-də Səfirliyin və Danimarkanın paytaxtındakı bir məscidin qarşısında Quranı yandırıb.Analoji aksiya Rusiyanın Kopenhagendəki səfirliyinin konsulluq şöbəsinin qarşısında da keçirilib. Rusiya diplomatik missiyası bu cür hərəkətləri pisləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451276266_91:0:2822:2048_1920x0_80_0_0_8a3d772bda1c94107b97c4e62645ecc1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quran, yandırılma, isveç, danimarka
quran, yandırılma, isveç, danimarka
Quranın yandırılması İsveçdə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib - Polis
Yanvarın 27-də danimarkalı ifrat sağçı fəal Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb.
BAKI, 8 fevral - Sputnik. Türkiyənin Stokholmdakı səfirliyində Quranın yandırılması ilə bağlı aksiya İsveçdə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib. Bu barədə İsveç Milli Təhlükəsizlik Polisinin bəyanatında deyilir.
“Yanvarda Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya əhəmiyyətli idi. Xidmətimiz daha əvvəl bu vəziyyətin təhdidlərə səbəb ola biləcəyini bildirmiş və hesab edir ki, bu, təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib. Bu, hazırda dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi fonunda nəzərdən keçirilməlidir”, - deyə qurumun çərşənbə günü yayılan bəyanatda deyilir.
Qeyd olunur ki, idarə İsveçə və ölkənin xaricdəki maraqlarına yönəlmiş hücum təhlükələri barədə məlumatları daim təhlil edir.
“Son hadisələrdən sonra xidmətimiz emal etdiyi kəşfiyyat məlumatlarında hücum təhdidlərinin sayının artdığını qeyd edib. Bu o deməkdir ki, hazırda dünyanın islamçı dairələri İsveçə diqqəti artırıb”, - deyə qurumdan bildirilib.
Danimarkalı ifrat sağçı fəal Rasmus Paludan yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında aksiya keçirmək üçün İsveç hakimiyyətindən icazə alaraq yanvarın 27-də Səfirliyin və Danimarkanın paytaxtındakı bir məscidin qarşısında Quranı yandırıb.
Analoji aksiya Rusiyanın Kopenhagendəki səfirliyinin konsulluq şöbəsinin qarşısında da keçirilib. Rusiya diplomatik missiyası bu cür hərəkətləri pisləyib.