CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağ Regional Turizm İdarəsi yaradılıb

© Sputnik / Murad OrujovŞuşaya mənzərə
Şuşaya mənzərə - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib.
BAKI, 8 fevral — Sputnik. Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılıb:
1.
Bakı-Abşeron Regional Turizm İdarəsi;
2.
Gəncə Regional Turizm İdarəsi;
3.
Şəki Regional Turizm İdarəsi;
4.
Lənkəran Regional Turizm İdarəsi;
5.
Mingəçevir Regional Turizm İdarəsi;
6.
Quba Regional Turizm İdarəsi;
7.
Qarabağ Regional Turizm İdarəsi;
8.
İsmayıllı Regional Turizm İdarəsi.
Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib. İndiyə qədər Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 63 ştat vahidi müəyyən edilmişdi.
Dövlət Turizm Agentliyi
Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam"ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, qoruqların ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.
Xəbər lenti
0