https://sputnik.az/20230208/neft-bahalasir---seudiyye-erebistani-qiymeti-qaldirdi-451528306.html
Neft bahalaşır - Səudiyyə Ərəbistanı qiyməti qaldırdı
Neft bahalaşır - Səudiyyə Ərəbistanı qiyməti qaldırdı
Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanın gözlənilmədən neftin mart fyuçerslərinin qiymətini artırması "qara qızıl"ı bahalaşdırıb. Digər tərəfdən, ABŞ-də neft ehtiyatlarının... 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T11:48+0400
2023-02-08T11:48+0400
2023-02-08T11:48+0400
neft-qaz
azeri light markalı neft
neft
birja
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242632_0:160:3072:1888_1920x0_80_0_0_d60994cfb6eee184f1e9582599556a43.jpg
BAKI, 8 fevral — Sputnik. Dünyada neftin qiymətləri bahalaşıb. "Brent" markalı neftin qiyməti 0,06% artaraq 1 bareli 83,74 dollara, "WTI" markalı neftin qiyməti isə 0,26% artaraq 1 bareli 77,34 dollara çatıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,74 dollar və ya 3,32% artaraq 85,34 dollara yüksəlib. Qeyd edək ki, Səudiyyə Ərəbistanın gözlənilmədən neftin mart fyuçerslərinin qiymətini artırması qiymətləri bahalaşdırıb. Səudiyyə Ərəbistanın dövlət şirkəti "Saudi Aramco" Asiya bazarı üçün neftin qiymətini fevraldan 0,20 dollar artırıb. Avropa üçün isə qiyməti 2 dollar, ABŞ üçün 0,30 dollar yüksəldib. Eyni zamanda investorlar ABŞ-də xammal ehtiyatlarının azaldığına dair məlumatlara diqqət yetiriblər. Amerika Neft İnstitutunun (API) qiymətləndirməsinə əsasən, ölkədə neft ehtiyatları 1 həftə ərzində 2,2 milyon barel azalıb. Bu da neftin qiymətlərinə təsir göstərib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242632_171:0:2902:2048_1920x0_80_0_0_8f4de945f48d9a53243125d01090f38a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azeri light markalı neft, neft, birja
azeri light markalı neft, neft, birja
Neft bahalaşır - Səudiyyə Ərəbistanı qiyməti qaldırdı
Səudiyyə Ərəbistanın gözlənilmədən neftin mart fyuçerslərinin qiymətini artırması "qara qızıl"ı bahalaşdırıb. Digər tərəfdən, ABŞ-də neft ehtiyatlarının azaldığına dair məlumatlar qiymətə təsir göstərib.
BAKI, 8 fevral — Sputnik. Dünyada neftin qiymətləri bahalaşıb. "Brent" markalı neftin qiyməti 0,06% artaraq 1 bareli 83,74 dollara, "WTI" markalı neftin qiyməti isə 0,26% artaraq 1 bareli 77,34 dollara çatıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,74 dollar və ya 3,32% artaraq 85,34 dollara yüksəlib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın gözlənilmədən neftin mart fyuçerslərinin qiymətini artırması qiymətləri bahalaşdırıb.
Səudiyyə Ərəbistanın dövlət şirkəti "Saudi Aramco" Asiya bazarı üçün neftin qiymətini fevraldan 0,20 dollar artırıb. Avropa üçün isə qiyməti 2 dollar, ABŞ üçün 0,30 dollar yüksəldib.
Eyni zamanda investorlar ABŞ-də xammal ehtiyatlarının azaldığına dair məlumatlara diqqət yetiriblər. Amerika Neft İnstitutunun (API) qiymətləndirməsinə əsasən, ölkədə neft ehtiyatları 1 həftə ərzində 2,2 milyon barel azalıb. Bu da neftin qiymətlərinə təsir göstərib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.