https://sputnik.az/20230208/herbi-hisselerin-xidmeti-doyus-fealiyyeti-yoxlanilib---vdeo-451523266.html
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb - VİDEO
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb - VİDEO
Sputnik Azərbaycan
Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf... 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T10:31+0400
2023-02-08T10:31+0400
2023-02-08T10:31+0400
müdafiə nazirliyi
hərbi
hərbi hissə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451522621_0:0:898:505_1920x0_80_0_0_e37da9c70b162730877ef147afd83a6c.jpg
BAKI, 8 fevral — Sputnik. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb. Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir. Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. Xatırladaq ki, Müdafiə Nazirliyinin fevralın 7-də yaydığı məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib. Plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib. Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər. Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451522621_5:0:894:667_1920x0_80_0_0_00dda24c64d2e94c3495c216dd492ab2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müdafiə nazirliyi, hərbi hissə, azərbaycan
müdafiə nazirliyi, hərbi hissə, azərbaycan
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb - VİDEO
Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir.
BAKI, 8 fevral — Sputnik. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.
Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir. Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Xatırladaq ki, Müdafiə Nazirliyinin fevralın 7-də yaydığı məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib.
Plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib.
Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.