https://sputnik.az/20230208/gizirlerin-zabit-vezifelerine-hazirligi-kursunun-novbeti-buraxilisi-olub---foto-451559551.html
"Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun növbəti buraxılışı olub - FOTO
"Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun növbəti buraxılışı olub - FOTO
Sputnik Azərbaycan
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını... 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T23:37+0400
2023-02-08T23:37+0400
2023-02-08T23:37+0400
zabit
hərbi
gizir
hazırlıq
kurs
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451559243_0:52:1000:615_1920x0_80_0_0_b74c660a3b12c8bf99164401e53c6d4e.jpg
BAKI, 8 fevral — Sputnik. Quru Qoşunlarının hazırlıq planına uyğun olaraq "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev çıxış edərək gənc zabitləri salamlayıb, məzunları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Quru Qoşunların komandanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərdən, eləcə də müharibədən sonrakı illərdə düşmən təxribatlarının qarşısını almaq məqsədilə aparılan hərbi əməliyyatlarda əldə etdiyimiz uğurlardan danışıb, məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib. Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz veriblər. Sonra yaş kötüyünə xatirə emblemi vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Kursun təşkilində fərqlənən təlim rəhbərləri və məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb. Xatırladaq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Azərbaycan Ordusunun digər kateqoriyalardan olan hərbi qulluqçuları ilə yanaşı gizirlərinin də böyük xidmətləri olub. Vətən müharibəsində zabit və əsgərlərlə yanaşı gizirlərimizin də xidmətləri Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək qiymətləndirilib. Dövlətimizin başçısı respublikamızın ərazi bütövülüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, hərbi əməliyyatlar zamanı böyük təcrübə toplayan, hətta ən ekstremal vəziyyətlərdə taqım, bölük, heyət komandirinin vəzifəsini öz üzərlərinə götürərək fərqlənən gizirləri bir daha həvəsləndirmək, onların təcrübəsindən geniş şəkildə faydalanmaq məqsədilə "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun açılmasını məqsədəuyğun hesab edib və Müdafiə Nazirliyinin rəhbərliyi Müzəffər Ali Baş Komandanın bu təşəbbüs və tapşırığını da uğurla yerinə yetirib. Ötən ilin iyul ayının 6-da "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun ilk buraxılışı olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451559243_55:0:945:667_1920x0_80_0_0_226c686ccf6f4ea668e82e78ec1875a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zabit, gizir, hazırlıq, kurs
zabit, gizir, hazırlıq, kurs
"Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun növbəti buraxılışı olub - FOTO
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz veriblər.
BAKI, 8 fevral — Sputnik. Quru Qoşunlarının hazırlıq planına uyğun olaraq "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev çıxış edərək gənc zabitləri salamlayıb, məzunları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Quru Qoşunların komandanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərdən, eləcə də müharibədən sonrakı illərdə düşmən təxribatlarının qarşısını almaq məqsədilə aparılan hərbi əməliyyatlarda əldə etdiyimiz uğurlardan danışıb, məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz veriblər.
Sonra yaş kötüyünə xatirə emblemi vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Kursun təşkilində fərqlənən təlim rəhbərləri və məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Xatırladaq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Azərbaycan Ordusunun digər kateqoriyalardan olan hərbi qulluqçuları ilə yanaşı gizirlərinin də böyük xidmətləri olub.
Vətən müharibəsində zabit və əsgərlərlə yanaşı gizirlərimizin də xidmətləri Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı respublikamızın ərazi bütövülüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, hərbi əməliyyatlar zamanı böyük təcrübə toplayan, hətta ən ekstremal vəziyyətlərdə taqım, bölük, heyət komandirinin vəzifəsini öz üzərlərinə götürərək fərqlənən gizirləri bir daha həvəsləndirmək, onların təcrübəsindən geniş şəkildə faydalanmaq məqsədilə "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun açılmasını məqsədəuyğun hesab edib və Müdafiə Nazirliyinin rəhbərliyi Müzəffər Ali Baş Komandanın bu təşəbbüs və tapşırığını da uğurla yerinə yetirib.
Ötən ilin iyul ayının 6-da "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun ilk buraxılışı olub.