https://sputnik.az/20230208/dini-qurumlara-3-milyon-manatdan-cox-maliyye-yardimi-ayrilib-451540764.html
Dini qurumlara 3 milyon manatdan çox maliyyə yardımı ayrılıb
Dini qurumlara 3 milyon manatdan çox maliyyə yardımı ayrılıb
Sputnik Azərbaycan
Maliyyə Nazirliyinə dövlət başçısının müvafiq Sərəncamından irəli gələn maliyyələşməni təmin etmək həvalə olunub. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T14:43+0400
2023-02-08T14:43+0400
2023-02-08T14:43+0400
cəmiyyət
prezident ilham əliyev
maliyyə
dini qurumlar
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426380808_0:225:2843:1824_1920x0_80_0_0_f19821fd8cac38ddf32f73c558dc4519.jpg
BAKI, 8 fevral - Sputnik. Fevralın 8-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə Azərtac xəbər yayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 (üç yüz əlli) min manat vəsait ayrılıb.Həmin sənədə əsasən, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 (üç yüz əlli) min manat ayrılıb.Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/04/426380808_55:0:2786:2048_1920x0_80_0_0_6a17b0907d7f02fea9c8919d6d54a4e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, maliyyə, dini qurumlar
prezident ilham əliyev, maliyyə, dini qurumlar
Dini qurumlara 3 milyon manatdan çox maliyyə yardımı ayrılıb
Maliyyə Nazirliyinə dövlət başçısının müvafiq Sərəncamından irəli gələn maliyyələşməni təmin etmək həvalə olunub.
BAKI, 8 fevral - Sputnik. Fevralın 8-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə Azərtac xəbər yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 (üç yüz əlli) min manat vəsait ayrılıb.
Həmin sənədə əsasən, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 (üç yüz əlli) min manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.