CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgədə zəlzələlərin davam edəcəyi gözlənilir - Akademik

© AFP 2024 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Alimin sözlərinə görə, Afrika plitəsinin aktivləşməsi ərəb plitəsinin də aktivləşməsinə səbəb olub.
BAKI, 8 fevral — Sputnik. "Son 20 ildə yer aktivlik dövrünü yaşayır". Bunu akademik Fəxrəddin Qədirov Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Türkiyədə baş vermiş şiddətli zəlzələ ilə bağlı ümumrespublika elmi seminarında deyib.
Onun sözlərinə görə, Afrika plitəsinin aktivləşməsi ərəb plitəsinin də aktivləşməsinə səbəb olub: "Nəticədə də biz, bölgədə belə zəlzələlərin şahidi oluruq və görünür ki, hələ davam edəcək. Türkiyədə baş verən zəlzələlərdən sonra afterşoklar hələ də davam edir. Düzdür, zəlzələnin baş verəcəyi vaxtı poqnozlaşdırmaq mümkün deyil, amma onunla yaşamağı öyrənməliyik. Hesab edirik ki, Xoyda olan zəlzələ də Ərəb plitəsindəki aktivləşmənin nəticəsi idi".
Xatırladaq ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 min 234 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 37011 nəfər yaralanıb.
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Xəbər lenti
0