https://sputnik.az/20230207/yaponiyanin-bas-naziri-rusiya-ile-sulh-muqavilesi-baglamaq-isteyini-aciqlayib-451494891.html
Yaponiyanın baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini açıqlayıb
Yaponiyanın baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini açıqlayıb
Sputnik Azərbaycan
Andrey Rudenko Yaponiyanın anti-Rusiya kursundan əl çəkmədiyi və açıq şəkildə qeyri-dost mövqe tutduğu səbəbindən Rusiya ilə sülh müqaviləsi imzalamasının... 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T15:02+0400
2023-02-07T15:02+0400
2023-02-07T15:03+0400
yaponiya
dünya xəbərləri
rusiya
sülh
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1c/445446289_0:160:3072:1888_1920x0_80_0_0_ba3c45977efd37a5d59e754c61221a82.jpg
BAKI, 7 fevral — Sputnik. Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir. Bunu Yaponiyanın baş naziri Fumio Kisida açıqlayıb. Siyasətçinin sözlərinə görə, belə bir razılaşmanın olmaması təəssüf doğurur. Fumio Kisida qeyd edib ki, hazırda Yaponiya-Rusiya münasibətləri "çətin vəziyyətdədir". O, bildirib ki, ikinci Dünya Müharibəsinin bitməsindən 77 il keçməsinə baxmayaraq, ölkələr arasında həll olunmamış problemlər qalmaqdadır və bu problemlər həll edilməlidir. "Yaponiya hökuməti ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaqda qərarlıdır", - deyə Kisida "Şimal ərazilərinin qaytarılması üçün milli mitinq"də söyləyib. Qeyd edək ki, SSRİ və Yaponiya 1956-cı ildə birgə bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Moskva sülh müqaviləsi bağlandıqdan sonra Kiçik Kuril silsiləsi Habomai və Şikotan adalarının Yaponiyaya verilməsi imkanını nəzərdən keçirməyə razılaşıb. Lakin Yaponiya Kunaşir və İturup da daxil olmaqla bütün adalara olan iddialarından əl çəkməyib. Sonrakı danışıqlar heç bir nəticə verməyib. Ölkələr heç vaxt sülh müqaviləsi imzalamayıblar. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, Rusiya və Yaponiyanın sülh müqaviləsi imzalaması qeyri-mümkündür, çünki ikincisi anti-Rusiya kursundan əl çəkmir və açıq şəkildə qeyri-dost mövqe tutur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1c/445446289_171:0:2902:2048_1920x0_80_0_0_14c2c26efab8aaa33c093d4acd69d806.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yaponiya, rusiya, sülh, sülh sazişi
yaponiya, rusiya, sülh, sülh sazişi
Yaponiyanın baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini açıqlayıb
15:02 07.02.2023 (Yenilənib: 15:03 07.02.2023) Andrey Rudenko Yaponiyanın anti-Rusiya kursundan əl çəkmədiyi və açıq şəkildə qeyri-dost mövqe tutduğu səbəbindən Rusiya ilə sülh müqaviləsi imzalamasının qeyri-mümkünlüyünü bildirib.
BAKI, 7 fevral — Sputnik. Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir.
Bunu Yaponiyanın baş naziri Fumio Kisida açıqlayıb. Siyasətçinin sözlərinə görə, belə bir razılaşmanın olmaması təəssüf doğurur.
Fumio Kisida qeyd edib ki, hazırda Yaponiya-Rusiya münasibətləri "çətin vəziyyətdədir". O, bildirib ki, ikinci Dünya Müharibəsinin bitməsindən 77 il keçməsinə baxmayaraq, ölkələr arasında həll olunmamış problemlər qalmaqdadır və bu problemlər həll edilməlidir.
"Yaponiya hökuməti ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaqda qərarlıdır", - deyə Kisida "Şimal ərazilərinin qaytarılması üçün milli mitinq"də söyləyib.
Qeyd edək ki, SSRİ və Yaponiya 1956-cı ildə birgə bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Moskva sülh müqaviləsi bağlandıqdan sonra Kiçik Kuril silsiləsi Habomai və Şikotan adalarının Yaponiyaya verilməsi imkanını nəzərdən keçirməyə razılaşıb. Lakin Yaponiya Kunaşir və İturup da daxil olmaqla bütün adalara olan iddialarından əl çəkməyib. Sonrakı danışıqlar heç bir nəticə verməyib. Ölkələr heç vaxt sülh müqaviləsi imzalamayıblar.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, Rusiya və Yaponiyanın sülh müqaviləsi imzalaması qeyri-mümkündür, çünki ikincisi anti-Rusiya kursundan əl çəkmir və açıq şəkildə qeyri-dost mövqe tutur.