Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xocalıda yük avtomobili su kanalına düşüb

© Depositphotos.com / KonejotaQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Araşdırmalar zamanı məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb
BAKI, 7 fevral — Sputnik. Xocalı rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi "Mercedes" markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xəbər lenti
0