DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır, 30 mindən çox xəsarət alan var

Türkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı durmadan artır.
BAKI, 7 fevral — Sputnik. Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib.
***
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.
***
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
***
Son məlumatlara görə, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 2921 nəfərə çatıb. 15 834 nəfər yaralı var.
Dağıntıya məruz qalmış binaların sayı isə 6217-dir.
***
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12068 yaralı var.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Ən son bilgiyə görə, təbii fəlakət nəticəsində 5 606 bina dağılıb.
***
Bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.
Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Gün ərzində Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.
***
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.
Son məlumatda yeraltı təkanlar nəticəsində ölənlərin sayının 1121-ə yüksəldiyi, 7634 nəfərin yaralandığı açıqlanıb. 2834 bina dağılıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Təkanlar davam edir. Yaxın saatlarda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Kahramanmaraşda toplantı keçirən zaman da zəlzələ olub.
Sosial şəbəkələrdə görüntülərdən məlum olur ki, nazir və digər iclas iştirakçıları zəlzələni hiss edən kimi masanın altında daldalanıblar.
Ardınca isə onlar binanı tərk ediblər.
Xəbər lenti
0