CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Space" televiziyasında rəhbər dəyişikliyi oldu

© Photo : Oxu.AzMüşfiq Hətəmov
Müşfiq Hətəmov  - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Müşfiq Hətəmovun başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovinlə əvəz olunub
BAKI, 7 fevral — Sputnik. "Space" televiziyasında rəhbər dəyişikliyi olub. Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovinlə əvəz olunub.
Qeyd edək ki, Müşfiq Hətəmov 2021-ci ilin may ayında "Space" TV-yə rəhbər təyin olunmuşdu.
Vado Korovin kimdir?
Vado Arnoldoviç Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado "Şən və Hazırcavablar" klubunda "Bakılı Oğlanlar" komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.
"Space" fəaliyyətə başladığı 1997-ci ildən 2001-ci ilə kimi Eldar Namazovun rəhbərliyi altında idi. 2001–2006-cı illərdə "Space" MTYŞ-nin rəhbəri Etibar Babayev olmuşdur. 2006-cı ildən teleşirkətə kinorejissor Vaqif Mustafayev rəhbərlik edirdi. 2021-ci ilin fevralın ayının 5-də Vaqif Mustafayev bu vəzifədən azad edilib. Həmin ildən Müşfiq Hətəmov televiziyanın rəhbəri olub.
Xəbər lenti
0