Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səfir: Zəlzələdə Azərbaycan vətəndaşının öldüyünə dair təsdiqlənmiş məlumat var

© AP Photo / Emrah GurelАвтомобиль скорой помощи в Турции, фото из архива
Автомобиль скорой помощи в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Səfir bildirib ki, zəlzələ baş verəndən bu günə qədər 1980-ci il təvəllüdlü Nailə Bünyatova adlı bir xanım haqqında təsdiq olunmuş məlumat var
BAKI, 7 fevral - Sputnik. “Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanlardan birinin Azərbaycan vətəndaşı olması ilə bağlı təsdiqlənmiş məlumat var”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfir bildirib ki, zəlzələ baş verəndən bu günə qədər 1980-ci il təvəllüdlü Nailə Bünyatova adlı bir xanım haqqında təsdiq olunmuş məlumat var: “Bələdiyyə onu xilasedicilərdən təhvil alıb. Onun cənazəsi hazırda Kahramanmaraşda saxlanılmaqdadır. Onun valideynləri, Bakıda və ya buradakı qohumlarından dəfn yerini öyrənmək istəyirik. Əgər onun dəfninin Azərbaycanda olması istənilərsə, dövlətimiz ona yardım göstərəcək və onun nəşini Azərbaycana göndərəcəyik”.
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb - Sputnik Azərbaycan, 1920, 07.02.2023
HADİSƏ
FHN-in xilasediciləri tərəfindən 3 nəfər dağıntılar altından sağ çıxarılıb
Xəbər lenti
0