https://sputnik.az/20230207/rusiyanin-bmt-deki-numayendesinin-muavini-dunya-bohraninin-sebebini-aciqlayib-451494610.html
Rusiyanın BMT-dəki nümayəndəsinin müavini dünya böhranının səbəbini açıqlayıb
Rusiyanın BMT-dəki nümayəndəsinin müavini dünya böhranının səbəbini açıqlayıb
Sputnik Azərbaycan
Mövcud vəziyyət həm BMT-yə üzv ölkələrə, həm də bütövlükdə təşkilat sisteminə hərtərəfli təsir göstərir. 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T14:41+0400
2023-02-07T14:41+0400
2023-02-07T14:41+0400
bmt
dünya xəbərləri
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/42392/31/423923135_0:0:3641:2048_1920x0_80_0_0_7fad3af983fcb056420d93e596077c17.jpg
BAKI, 7 fevral — Sputnik. Bəzi ölkələr birqütblü dünya nizamını qorumağa və ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasının qarşısını almağa çalışırlar ki, bu da dünya böhranına səbəb olub. "RİA Novosti" bu barədə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini Anna Yevstiqneyevaya istinadən xəbər verib. Yevstiqneyevanın sözlərinə görə, mövcud vəziyyət həm BMT-yə üzv ölkələrə, həm də bütövlükdə təşkilat sisteminə hərtərəfli təsir göstərir. Nəticədə dövlətlər öz mandatlarını yerinə yetirmənin sabitliyi və effektivliyi ilə bağlı ciddi sınaqdan keçirlər. Söhbət, ilk növbədə münaqişələrin qarşısının alınmasından gedir. Yevstiqneyeva hesab edir ki, BMT bu vəzifənin öhdəsindən gəlmir. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələri Ukrayna münaqişəsinin ABŞ siyasəti ilə təhrik edildiyini anlamağa başlayıblar. O, həmçinin, əlavə edib ki, Minsk razılaşmalarını imzalayan dövlətlər ilkin olaraq öhdəliklərini yerinə yetirməyi planlaşdırmayıblar ki, bu da dövlətlərin beynəlxalq hüquq sferasına yanaşmalarının saxtalaşdırılmasından xəbər verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42392/31/423923135_409:0:3140:2048_1920x0_80_0_0_7d9d65883803ac7dfcea742c3671317a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, rusiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
bmt, rusiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Rusiyanın BMT-dəki nümayəndəsinin müavini dünya böhranının səbəbini açıqlayıb
Mövcud vəziyyət həm BMT-yə üzv ölkələrə, həm də bütövlükdə təşkilat sisteminə hərtərəfli təsir göstərir.
BAKI, 7 fevral — Sputnik. Bəzi ölkələr birqütblü dünya nizamını qorumağa və ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşmasının qarşısını almağa çalışırlar ki, bu da dünya böhranına səbəb olub.
"RİA Novosti" bu barədə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini Anna Yevstiqneyevaya istinadən xəbər verib.
Yevstiqneyevanın sözlərinə görə, mövcud vəziyyət həm BMT-yə üzv ölkələrə, həm də bütövlükdə təşkilat sisteminə hərtərəfli təsir göstərir.
Nəticədə dövlətlər öz mandatlarını yerinə yetirmənin sabitliyi və effektivliyi ilə bağlı ciddi sınaqdan keçirlər. Söhbət, ilk növbədə münaqişələrin qarşısının alınmasından gedir. Yevstiqneyeva hesab edir ki, BMT bu vəzifənin öhdəsindən gəlmir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərb ölkələri Ukrayna münaqişəsinin ABŞ siyasəti ilə təhrik edildiyini anlamağa başlayıblar. O, həmçinin, əlavə edib ki, Minsk razılaşmalarını imzalayan dövlətlər ilkin olaraq öhdəliklərini yerinə yetirməyi planlaşdırmayıblar ki, bu da dövlətlərin beynəlxalq hüquq sferasına yanaşmalarının saxtalaşdırılmasından xəbər verir.