CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranla sərhədi pozan şəxs 7 kq narkotiklə tutulub - VİDEO

© Photo : State Border Service (Azerbaijan)DSX hərbçiləri
DSX hərbçiləri - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb
BAKI, 7 fevral — Sputnik. Fevral ayının 6-da saat 00:18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 1 (bir) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucusu müşahidə kameraları vasitəsilə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Mansurov Babək Rəfail oğlu olması müəyyən edilib, dövlət sərhədini narkotik vasitə gətirmək məqsədilə pozduğunu etiraf edib.
Üzərinə baxış keçirilərkən ümumi çəkisi 7 kiloqram 165 qram narkotik vasitə marixuana, 0.005 qram heroin, 0.005 qram metamfetamin, 10 ədəd "metadon M-40" həbi, şəxsi istifadəsi üçün 1 büküm tiryək və 2 büküm marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Xəbər lenti
0