https://sputnik.az/20230207/oten-il-icbari-tibbi-sigorta-ile-bagli-29-mine-yaxin-vetendas-muracieti-olub-451513970.html
Ötən il icbari tibbi sığorta ilə bağlı 29 minə yaxın vətəndaş müraciəti olub
Ötən il icbari tibbi sığorta ilə bağlı 29 minə yaxın vətəndaş müraciəti olub
Sputnik Azərbaycan
Vətəndaşlar Agentliyin rəsmi internet səhifəsi üzərindən (https://its.gov.az) də quruma elektron qaydada müraciət edə bilirlər. Ötən il ərzində Agentliyin... 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T20:14+0400
2023-02-07T20:14+0400
2023-02-07T20:14+0400
icbari tibbi sığorta
cəmiyyət
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449451710_0:66:1340:820_1920x0_80_0_0_490f19d3222d6ade1086df67ff378926.jpg
BAKI, 7 fevral — Sputnik. 2022-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 28567 vətəndaş müraciəti daxil olub. 7987 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müvafiq dövlət qurumlarından baxılması üçün Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 20580 təşkil edib. Agentlikdən verilən xəbərə görə, müraciətlər əsasən Bakı, Sumqayıt şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub. Daxil olan müraciətlərin 14062-si müayinə və müalicə, 7653-ü əlillik məsələləri, 3262-si işə qəbul və əmək münasibətləri, 1383-ü dərman vasitələri və tibbi sərflə təminat, 562-si COVID-19, 1645-i isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 22027 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası, doğuş xidməti, orta tibb işçilərinin əməkhaqları ilə bağlı artımlar və s. olub. Qeyd edək ki, vətəndaşlar Agentliyin rəsmi internet səhifəsi üzərindən (https://its.gov.az) də quruma elektron qaydada müraciət edə bilirlər. Ötən il ərzində Agentliyin saytı vasitəsilə 12642 müraciət daxil olub. Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 9340 vətəndaş qəbul edilib. Onlardan 358 nəfər Şirvan şəhəri, Hacıqabul, Quba, Qusar, Neftçala, Salyan, Balakən, Zaqatala, Qax, Göyçay, Ucar, Zərdab, Şəmkir, Gədəbəy, Masallı, Yardımlı, Biləsuvar, Bərdə, Tərtər, Ağcəbədi, Ağdam, Laçın, Şamaxı, Qobustan və Ağsu rayon sakini Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib. Səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli"nə uyğun olaraq təşkil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449451710_80:0:1261:886_1920x0_80_0_0_dd06084d0740755a3f3db083987b8843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
icbari tibbi sığorta, müraciət
icbari tibbi sığorta, müraciət
Ötən il icbari tibbi sığorta ilə bağlı 29 minə yaxın vətəndaş müraciəti olub
Vətəndaşlar Agentliyin rəsmi internet səhifəsi üzərindən (https://its.gov.az) də quruma elektron qaydada müraciət edə bilirlər. Ötən il ərzində Agentliyin saytı vasitəsilə 12642 müraciət daxil olub
BAKI, 7 fevral — Sputnik. 2022-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 28567 vətəndaş müraciəti daxil olub. 7987 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müvafiq dövlət qurumlarından baxılması üçün Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 20580 təşkil edib.
Agentlikdən verilən xəbərə görə, müraciətlər əsasən Bakı, Sumqayıt şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub.
Daxil olan müraciətlərin 14062-si müayinə və müalicə, 7653-ü əlillik məsələləri, 3262-si işə qəbul və əmək münasibətləri, 1383-ü dərman vasitələri və tibbi sərflə təminat, 562-si COVID-19, 1645-i isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 22027 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası, doğuş xidməti, orta tibb işçilərinin əməkhaqları ilə bağlı artımlar və s. olub.
Qeyd edək ki, vətəndaşlar Agentliyin rəsmi internet səhifəsi üzərindən (https://its.gov.az) də quruma elektron qaydada müraciət edə bilirlər. Ötən il ərzində Agentliyin saytı vasitəsilə 12642 müraciət daxil olub.
Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 9340 vətəndaş qəbul edilib. Onlardan 358 nəfər Şirvan şəhəri, Hacıqabul, Quba, Qusar, Neftçala, Salyan, Balakən, Zaqatala, Qax, Göyçay, Ucar, Zərdab, Şəmkir, Gədəbəy, Masallı, Yardımlı, Biləsuvar, Bərdə, Tərtər, Ağcəbədi, Ağdam, Laçın, Şamaxı, Qobustan və Ağsu rayon sakini Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
Səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli"nə uyğun olaraq təşkil edilib.