Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda ən şiddətli zəlzələlər

Abunə olmaq
Azərbaycanın ən yaxın tarixində ən güclü zəlzələ 1902-ci ildə Şamaxıda baş verib. Müxtəlif mənbələrdən alınan məlumata görə, onun maqnitudası 6,9-9 bal olub. Təbii fəlakət nəticəsində şəhərin 2 mindən çox sakini həlak olub, minlərlə insan yaralanıb.
Azərbaycanda dağıdıcı zəlzələlər haqqında məlumatlar qədim zamanlardan məlumdur. “Ölkəni alt-üst edən, şəhərləri, kəndləri udduran” hadisə barədə ilk xəbər 427-ci ilə təsadüf edir.
1139-cu il zəlzələsi zamanı Gəncə şəhəri tamamilə dağılmış, müxtəlif mənbələrə görə 230 mindən 300 minə qədər insan həlak olmuşdur. Şamaxı şəhəri də güclü zəlzələlərin sarsıdıcı gücünü dəfələrlə hiss edib.
Azərbaycanın ən yaxın tarixində ən güclü zəlzələ 1902-ci ildə Şamaxıda baş verib. Müxtəlif mənbələrdən alınan məlumata görə, onun 6,9-9 bal gücündə olub. Təbii fəlakət nəticəsində 2000-dən çox vətəndaş həlak olub, minlərlə insan yaralanıb. 20 minə yaxın Şamaxı sakini damsız qalıb. Həmin dövrdə 4000 yaşayış binası, səkkiz məscid, 10-dan çox mədrəsə, 40 hamam və onlarla başqa tikili dağıdılıb.
2000-ci il noyabrın 25-də Bakı yaxınlığında Xəzər dənizində güclü zəlzələ baş vermiş, paytaxtda maqnitudası 6,5, episentrdə isə 7,0 bal gücündə olmuşdur. Binalara ciddi ziyan dəyməyib. Ölənlərin sayı 22 nəfər olub. Onlardan 3 nəfər birbaşa zəlzələ zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qalanları stress nəticəsində infarkt keçirərək dünyasını dəyişib.
Xəbər lenti
0