https://sputnik.az/20230207/azerbaycanda-dovlet-qurumlari-ucun-wetransfere-alternativ-resurs-yaradilib-451483422.html
Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb
Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb
Sputnik Azərbaycan
BAKI, 7 fevral - Sputnik. Azərbaycanda mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi kimi yaradılan "share.gov.az"... 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T10:15+0400
2023-02-07T10:15+0400
2023-02-07T10:15+0400
cəmiyyət
internet
kiber
kibertəhlükəsizlik
veb-resurs
internet resurslar
https://cdnn1.img.sputnik.az/img/41327/50/413275037_0:0:1920:1080_1920x0_80_0_0_abda06b39e4ea364cbf0a28e2e55b021.jpg
BAKI, 7 fevral - Sputnik. Azərbaycanda mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi kimi yaradılan "share.gov.az" xidməti istifadəyə verilib."Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün XRİTDX-nın təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.T.Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” adlı təqdimatında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmini istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi istiqamətindəki fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərindən danışıb.O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar - kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan "AzStateNet" şəbəkəsi və Avropanın "Open CSIRT Foundation" təşkilatı ilə birgə işlənmiş "SİM3" layihəsi barədə məlumat verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41327/50/413275037_213:0:1920:1280_1920x0_80_0_0_8ecfbe8d71fc648c845ec00ddfea8085.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
internet, kiber, kibertəhlükəsizlik, veb-resurs, internet resurslar
internet, kiber, kibertəhlükəsizlik, veb-resurs, internet resurslar
Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb
BAKI, 7 fevral - Sputnik. Azərbaycanda mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi kimi yaradılan "share.gov.az" xidməti istifadəyə verilib.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün XRİTDX-nın təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.
T.Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” adlı təqdimatında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmini istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi istiqamətindəki fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərindən danışıb.
O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar - kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan "AzStateNet" şəbəkəsi və Avropanın "Open CSIRT Foundation" təşkilatı ilə birgə işlənmiş "SİM3" layihəsi barədə məlumat verib.