CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Müdafiə Nazirliyinin hərbi hissəsinə baş çəkib

© AR Ministry of DefenceOmbudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar
Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar
 - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Abunə olmaq
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib
BAKI, 7 fevral — Sputnik. Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
© AR Ministry of DefenceOmbudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar
Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar
 - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar
Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verilib.
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.
© AR Ministry of DefenceOmbudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar
Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar - Sputnik Azərbaycan, 1920, 07.02.2023
Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar
Daha sonra nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxana, əsgər yeməkxanası və digər obyektlərə baxış keçirib.
S.Əliyeva hərbi hissənin "Xatirə kitabı"na ürək sözlərini yazıb.
Səfər çərçivəsində Ombudsman Aparatının nümayəndələri hərbi hospitalı ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçuların qayğıları ilə maraqlanıblar.
Xəbər lenti
0