https://sputnik.az/20230206/turkiyenin-ceyhan-terminalina-neftin-ixraci-dayandirilib---kv-451459381.html
Türkiyənin Ceyhan terminalına neftin ixracı dayandırılıb - KİV
Türkiyənin Ceyhan terminalına neftin ixracı dayandırılıb - KİV
Sputnik Azərbaycan
"Bloomberg"in məlumatına görə, bu addımın Adana vilayətində də hiss edilən zəlzələyə görə təhlükəsizlik məqsədilə atıldığı bildirilir. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T14:48+0400
2023-02-06T14:48+0400
2023-02-06T14:48+0400
bakı-tbilisi-ceyhan
neft-qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442698875_0:0:3231:1817_1920x0_80_0_0_8a8740b0dd33b3f1fab8b633387609b5.jpg
BAKI, 6 fevral — Sputnik. Türkiyənin Ceyhan terminalına neftin ixracı dayandırılıb. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bu addımın Adana vilayətində də hiss edilən zəlzələyə görə təhlükəsizlik məqsədilə atıldığı bildirilir. Ərazidəki neft kəmərlərində sızma hallarının qeydə alınmadığı bildirilir. Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır. Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib. Türkiyənin yerli mətbuatı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür. Ceyhan terminalı Qeyd edək ki, Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşən dəniz neft terminalı Xəzər dənizindəki dəniz yataqlarından hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edir, sonra tankerlərə yükləyir, onlar isə nefti dünya bazarlarına çatdırır. Ceyhan terminalı 144 hektar ərazini əhatə edir. Terminal Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də operatoru olan Türkiyə dövlət şirkəti, "Botas International Limited" (BIL) tərəfindən istismar olunur. Terminal 2006-cı ilin mayından istismardadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442698875_317:0:3048:2048_1920x0_80_0_0_7d805c6223400774c4454bae5e9a82e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bakı-tbilisi-ceyhan
Türkiyənin Ceyhan terminalına neftin ixracı dayandırılıb - KİV
"Bloomberg"in məlumatına görə, bu addımın Adana vilayətində də hiss edilən zəlzələyə görə təhlükəsizlik məqsədilə atıldığı bildirilir.
BAKI, 6 fevral — Sputnik. Türkiyənin Ceyhan terminalına neftin ixracı dayandırılıb.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bu addımın Adana vilayətində də hiss edilən zəlzələyə görə təhlükəsizlik məqsədilə atıldığı bildirilir.
Ərazidəki neft kəmərlərində sızma hallarının qeydə alınmadığı bildirilir.
Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır. Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.
Türkiyənin yerli mətbuatı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür.
Qeyd edək ki, Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşən dəniz neft terminalı Xəzər dənizindəki dəniz yataqlarından hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edir, sonra tankerlərə yükləyir, onlar isə nefti dünya bazarlarına çatdırır.
Ceyhan terminalı 144 hektar ərazini əhatə edir.
Terminal Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də operatoru olan Türkiyə dövlət şirkəti, "Botas International Limited" (BIL) tərəfindən istismar olunur.
Terminal 2006-cı ilin mayından istismardadır.