DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-də Türkiyədəki zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib

© IHA agency via APTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Assambleya sədri BMT tərəfindən zəlzələdən zərər çəkənlərə humanitar dəstək verildiyini bildirib.
BAKI, 6 fevral - Sputnik. BMT Baş Assambleyanın rəsmi plenar iclasında Türkiyə və Suriyada zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Plenar iclasın açılışında çıxış edən BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi Türkiyə və Suriya hökumətlərinə və xalqlarına zəlzələ nəticəsində baş vermiş faciəvi insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığı verib.
Assambleya sədri BMT tərəfindən zəlzələdən zərər çəkənlərə humanitar dəstək verildiyini bildirib. Daha sonra BMT baş katibi və üzv ölkələrin nümayəndələri zəlzələ qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Yaralı sayı 2 400 nəfər təşkil edir.
Xatırladaq ki, Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz Twitter hesabında məlumat verib.
"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.
Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
DÜNYA XƏBƏRLƏRİ
BMT-də Türkiyədəki zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib
Xəbər lenti
0