SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Terrorçu azərbaycanlı diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərə atəş açıb - XİN

© AFP 2023Azərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Azərbaycan XİN Tehrandakı səfirlikdə baş verən terror hadisəsinin təfərrüatlarını açıqlayaraq bildirib ki, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb.
BAKI, 6 fevral — Sputnik. Terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
"08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralayıb", - Ayxan Hacızadə bildirib.
Ayxan Hacızadə Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, lakin bu dəfə terrorçu üzərində daşıdığı tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb.Giriş qapısındakı İran polisinin əməkdaşı nəinki hadisəyə müdaxilə etməyib, hətta ərazidən uzaqlaşıb.
Onun sözlərinə görə, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb, özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi bildirib ki, İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılarkən onunla cinayətkar kimi rəftar edilməyib. İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir.
XİN rəsmisi qeyd edib ki, son günlər sosial şəbəkələrdə yayılmış məlumatlarda terror hadisəsinin xronologiyası ilə əlaqədar bir sıra qeyri-dəqiq şərhlərə yol verilir: "Buna əsas səbəb videogörüntülərin xronometraja səhv istinadların olmasıdır. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameralarında 24 dəqiqə erkən vaxt müşahidə olunur. Bu fərq də bəzi texniki amillərlə mövcuddur. Səfirliyin içində və çölündəki kameralarda zaman fərqi var. Bu zaman fərqi də 24 dəqiqəyə bərabərdir".
Ayxan Hacızdə səfirliyə hücum üçün terrorçunun məhz cümə gününü seçməsinə diqqət yetirib: "İranda həmin gün istirahət günüdür. Terror aktına mane olan hər hansı halları minimuma endirmək məqsədilə özü ilə hadisə yerinə avtomat silahı, güllələrlə dolu daraq, tapança, eyni zamanda "Molotov kokteyli" və digər yandırıcı maddələr gətirməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir".
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Xələf Xələfov - Sputnik Azərbaycan, 1920, 29.01.2023
SİYASƏT
Səfirlikdə törədilən terror aktına görə İran məsuliyyət daşıyır - Xələf Xələfov
Xəbər lenti
0