https://sputnik.az/20230206/regionda-bas-vermis-en-katastrofik-zelzeleler-451460733.html
Regionda baş vermiş ən katastrofik zəlzələlər
Regionda baş vermiş ən katastrofik zəlzələlər
Sputnik Azərbaycan
Baş vermiş zəlzələlər nəticəsində şəhərlər tamamilə məhv olub, çoxsaylı insan təlafatları qeydə alınıb. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T16:00+0400
2023-02-06T16:00+0400
2023-02-06T16:00+0400
zəlzələ
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443621942_0:61:3073:1789_1920x0_80_0_0_e249ac92e5436db821c05d47ead097a1.jpg
BAKI, 6 fevral — Sputnik. Bu gün Türkiyədə baş verən güclü zəlzələ regionda tarix boyunca baş verən digər katastrofik zəlzələlərə yenidən nəzər yetirmək zərurətini ortaya çıxarıb. Sputnik Azərbaycan son illərdə regionda baş vermiş ciddi dağıntılar və insan təlafatları ilə yadda qalan zəlzələləri oxuculara təqdim edir: Azərbaycanda ən dəhşətli zəlzələ Şamaxı zəlzələsi kimi tarixə düşüb. 1902-ci ildə Şamaxıda baş vermiş 6.9 bal gücündə zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb. 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.Bakıda isə 2000-ci ildə 6.8 bal gücündə zəlzələ baş verib. Nəticədə onlarla tikili dağılıb, 30 nəfər dünyasını dəyişib. Regionda baş verən ən güclü zəlzələlərdən biri də Aşqabad zəlzələsidir. Türkmənistanın paytaxtında 1948-ci ilin oktyabr ayının 5-də baş vermiş 7,3 bal gücündə zəlzələ zamanı 110000-dən çox adam həyatını itirib. Cənub qonşumuz olan İran tarixində ən dəhşətli zəlzələ 1978-ci ildə ölkənin şərqində baş vermiş Tabas zəlzələsidir. Bu zəlzələdə 15 min adam həyatını itirib. 1997-ci ildə Ərdəbili silkələyən zəlzələ isə 1100 nəfərin həyatına son qoyub. 21-ci əsrdə İranda baş vermiş ən güclü zəlzələ 2003-cü ilin Bəm fəlakətidir. Bu zəlzələdə 30 min insan təlafatı olub. İranın cənub-şərqində yerləşən Bəmdə insan tələfatının çoxluğu həm də həmin ərazidə evlərin çoxunun palçıqdan tikilməsi, zəlzələyə davamsız olması ilə bağlı idi. Bu ilin yanvarın 18 və 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş verib. Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb. Bədnam qonşumuz Ermənistanda Spitak (eləcə də Leninakan) zəlzələsi də regionda son illərin baş verən ən dəhşətli zəlzələlərindəndir. 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd ziyan çəkib. Rəsmi məlumatlara görə, hadisə zamanı 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. 1991-ci ildə Gürcüstanın Raça əyalətində böyük dağıntılar baş verib. Böyük Qafqazın cənub ətəklərində yerləşən Oni və Ambrolauri şəhərlərində baş verən zəlzələdə 270 nəfər həlak olub, 100 minə yaxın insan evini itirib. Maqnitudası 7,0 olan bu hadisə Qafqazda qeydə alınan ən güclü zəlzələ olub. Bölgədə ən çox zəlzələ tarix boyunca Türkiyədə qeydə alınıb. 1999-cu il avqustun 17-i Türkiyənin Çölcük bölgəsində 7,5 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, hadisə zamanı 17 min 480 insan həyatını itirib, 23 min 781 nəfər yaralanıb, 505-I isə şikəst qalıb. 2010-cu il martın 8-də Türkiyənin şərqində Elazığ vilayətində 6,1 bal gücündə seysmik təkan, ardınca isə 5,5 bal gücündə bir neçə afterşok baş verib. Ümumilikdə təbii fəlakət nəticəsində 42 nəfər ölüb, 72 nəfər xəsarət alıb. 23 oktyabr 2011-ci ildə Van şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Nəticədə 604 nəfər ölüb, 600 mindən çox insan evsiz qalıb. 24 yanvar 2020-ci il tarixində Elazığ vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 41 nəfər ölüb, 600-dən çox insan yaralanıb. Nəhayət Türkiyədə ən dağıdıcı zəlzələ bu gün Türkiyənin Kahramanmaraş bölgəsində 7 şəhərdə 7.4 maqnitudalı zəlzələ baş verib. Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. Təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. Hadisə zamanı 1 710 bina dağılıb. İnsan təlafatının sayı artmaqda davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/02/443621942_64:0:2795:2048_1920x0_80_0_0_e88b85e7b686acfcb958c4e482aa7ff4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
zəlzələ
Regionda baş vermiş ən katastrofik zəlzələlər
Baş vermiş zəlzələlər nəticəsində şəhərlər tamamilə məhv olub, çoxsaylı insan təlafatları qeydə alınıb.
BAKI, 6 fevral — Sputnik. Bu gün Türkiyədə baş verən güclü zəlzələ regionda tarix boyunca baş verən digər katastrofik zəlzələlərə yenidən nəzər yetirmək zərurətini ortaya çıxarıb.
Sputnik Azərbaycan son illərdə regionda baş vermiş ciddi dağıntılar və insan təlafatları ilə yadda qalan zəlzələləri oxuculara təqdim edir:
Azərbaycanda ən dəhşətli zəlzələ Şamaxı zəlzələsi kimi tarixə düşüb. 1902-ci ildə Şamaxıda baş vermiş 6.9 bal gücündə zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb. 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.
Bakıda isə 2000-ci ildə 6.8 bal gücündə zəlzələ baş verib. Nəticədə onlarla tikili dağılıb, 30 nəfər dünyasını dəyişib.
Regionda baş verən ən güclü zəlzələlərdən biri də Aşqabad zəlzələsidir. Türkmənistanın paytaxtında 1948-ci ilin oktyabr ayının 5-də baş vermiş 7,3 bal gücündə zəlzələ zamanı 110000-dən çox adam həyatını itirib.
Cənub qonşumuz olan İran tarixində ən dəhşətli zəlzələ 1978-ci ildə ölkənin şərqində baş vermiş Tabas zəlzələsidir. Bu zəlzələdə 15 min adam həyatını itirib. 1997-ci ildə Ərdəbili silkələyən zəlzələ isə 1100 nəfərin həyatına son qoyub.
21-ci əsrdə İranda baş vermiş ən güclü zəlzələ 2003-cü ilin Bəm fəlakətidir. Bu zəlzələdə 30 min insan təlafatı olub. İranın cənub-şərqində yerləşən Bəmdə insan tələfatının çoxluğu həm də həmin ərazidə evlərin çoxunun palçıqdan tikilməsi, zəlzələyə davamsız olması ilə bağlı idi. Bu ilin yanvarın 18 və 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş verib. Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb.
Bədnam qonşumuz Ermənistanda Spitak (eləcə də Leninakan) zəlzələsi də regionda son illərin baş verən ən dəhşətli zəlzələlərindəndir. 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd ziyan çəkib. Rəsmi məlumatlara görə, hadisə zamanı 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.
1991-ci ildə Gürcüstanın Raça əyalətində böyük dağıntılar baş verib. Böyük Qafqazın cənub ətəklərində yerləşən Oni və Ambrolauri şəhərlərində baş verən zəlzələdə 270 nəfər həlak olub, 100 minə yaxın insan evini itirib. Maqnitudası 7,0 olan bu hadisə Qafqazda qeydə alınan ən güclü zəlzələ olub.
Bölgədə ən çox zəlzələ tarix boyunca Türkiyədə qeydə alınıb. 1999-cu il avqustun 17-i Türkiyənin Çölcük bölgəsində 7,5 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, hadisə zamanı 17 min 480 insan həyatını itirib, 23 min 781 nəfər yaralanıb, 505-I isə şikəst qalıb.
2010-cu il martın 8-də Türkiyənin şərqində Elazığ vilayətində 6,1 bal gücündə seysmik təkan, ardınca isə 5,5 bal gücündə bir neçə afterşok baş verib. Ümumilikdə təbii fəlakət nəticəsində 42 nəfər ölüb, 72 nəfər xəsarət alıb.
23 oktyabr 2011-ci ildə Van şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Nəticədə 604 nəfər ölüb, 600 mindən çox insan evsiz qalıb.
24 yanvar 2020-ci il tarixində Elazığ vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 41 nəfər ölüb, 600-dən çox insan yaralanıb.
Nəhayət Türkiyədə ən dağıdıcı zəlzələ bu gün Türkiyənin Kahramanmaraş bölgəsində 7 şəhərdə 7.4 maqnitudalı zəlzələ baş verib. Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. Təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. Hadisə zamanı 1 710 bina dağılıb. İnsan təlafatının sayı artmaqda davam edir.