DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran və Pakistan Türkiyəyə yardım etməyə hazır olduğunu açıqlayıb

© IHA agency via APTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır. Türkiyənin vitse-prezidenti yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.
BAKI, 6 fevral — Sputnik. Türkiyəyə bütün mümkün dəstəyi verməyə hazırıq.
Bunu Pakistan xarici işlər naziri Bilaval Bhutto Zardari tviterdə yazıb. O baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və hökumətinə başsağlığı verib: "Dualarımız türkiyəli qardaşlarımızladır".
İran Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etməyə hazır olduğunu açıqlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
"Suriya və Türkiyəyə dərin hüznlə başsağlığımızı bildiririk. Zəlzələdən zərər çəkmiş bölgələrdə İran İslam Respublikasının yardım və səhiyyə müəssisələrinin olmasına ehtiyac yaranarsa, bu iki dost, qardaş və müsəlman ölkəsinə qonşuluq və dostluq münasibətləri çərçivəsində yardım etməyə hazırıq", - Kənani vurğulayıb.
Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır. Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.
Türkiyənin yerli mətbuatı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür.
Xəbər lenti
0