CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban Yetirmişli: "Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur"

© Sputnik / Murad OrujovQurban Yetirmişli
Qurban Yetirmişli - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru bildirib ki, bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz.
BAKI, 6 fevral — Sputnik. "Yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur".
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyədəki zəlzələ Azərbaycanla sərhəddən təxminən 700-800 km aralıda baş verib: "Bu uzaqlıqda baş verən zəlzələ ölkəmizdəki zəlzələ ocaqlarını oyada bilməz. Baxmayaraq ki, Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur. Odur ki, yaxın günlərdə ölkədə güclü təkanların olması gözlənilmir".
Baş direktor tikinti şirkətlərinə də xəbərdarlıq edib: "8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır, xüsusi dəmir-beton kalonlar var, onların ölçüləri, armaturlar, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır. Əgər 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər".
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib. Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
Xəbər lenti
0