Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ərdoğana: Rusiya lazımi yardımı göstərməyə hazırdır

© Sputnik / Mikhail Klimentyev Vladimir Putin və Rəcəb tayyib Ərdoğan, arxiv şəkli
Vladimir Putin və Rəcəb tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı dərin hüznlə başsağlığımızı qəbul edin.
BAKI, 6 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çoxsaylı zəlzələ qurbanları ilə bağlı başsağlığı verib. Rusiya prezidenti Moskvanın lazımi yardımı göstərməyə hazır olduğunu qeyd edib.
"Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərimizi çatdırın. Baş vermiş təbii fəlakət nəticəsində zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq. Biz bununla bağlı lazımi yardım göstərməyə hazırıq", - məlumatda deyilir.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib. Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 06.02.2023
DÜNYA XƏBƏRLƏRİ
İlham Əliyev Ərdoğana başsağlığı verib
Xəbər lenti
0