DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlham Əliyev Ərdoğana başsağlığı verib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Prezident İlham Əliyev türk həmkarına bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirib.
BAKI, 6 fevral — Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Qəhrəmanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib.Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub.
Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.
Xəbər lenti
0