CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis əməliyyat keçirdi, 70 kq-dan çox narkotik aşkar edildi

© AFP 2023 / VALERY HACHENarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 52,4 kiloqrama yaxın heroin, 7,2 kiloqramdan çox marixuana, 41 qram tiryək, həmçinin 10,5 kiloqramdan çox metamfetamin olub.
BAKI, 6 fevral — Sputnik. Polis əməkdaşlarının fevralın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 70,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 52,4 kiloqrama yaxın heroin, 7,2 kiloqramdan çox marixuana, 41 qram tiryək, həmçinin 10,5 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xatırladaq ki, fevral ayının 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilmişdi.
Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Xəbər lenti
0