Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Paytaxtda hava dəyişkən buludlu olacaq

Bakı  - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək.
BAKI, 6 fevral — Sputnik. Fevralın 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, şimal küləyi əsəcək.
Havanın temperaturu 7-10° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 7-10° isti, dağlarda 0-5° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Xəbər lenti
0