DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask Türkiyəyə yardım təklif edib

© Ryan Lash / TED Conferences, LLC / AFPİlon Mask
İlon Mask - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Türkiyənin vitse-prezidenti zəlzələ nəticəsində 10 rayonda 284 nəfərin həyatını itirdiyini, 2323 nəfərin yaralandığını açıqlayıb.
BAKI, 6 fevral — Sputnik. Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Türkiyədə bu gün səhər saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Sputnik Azərbaycan "Habertürk"ə istinadən xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə özünün "SpaceX" şirkətinin "Starlink" peyklərini Türkiyəyə göndərə biləcəklərini qeyd edib.
Türkiyə isə İlon Maskın “Starlink” peyk rabitəsi terminallarından istifadə təklifini rədd edib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində 7,4 bal gücündə zəlzələ 7 km dərinlikdə baş verib. İtaliyanın Mülki Müdafiə Departamenti zəlzələni 7,9 bal gücündə qiymətləndirib. Yeraltı təkanlar müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada yarım dəqiqə ərzində hiss olunub. Dağıntı eyni anda bir neçə vilayətdə - Adana, Qaziantep, Diyarbəkir, Kahramanmaraş, Malatya, Şanlıurfada qeydə alınıb.
Türkiyənin vitse-prezidenti Fuat Oktay Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində 10 rayonda 284 nəfərin həyatını itirdiyini, 2323 nəfərin yaralandığını açıqlayıb.
Xəbər lenti
0