https://sputnik.az/20230206/derse-davamiyyetin-temin-olunmasi-ucun-xususi-neqliyyat-olmalidir---ekspert-reyi-451417085.html
Dərsə davamiyyətin təmin olunması üçün xüsusi nəqliyyat olmalıdır - Ekspert rəyi
Dərsə davamiyyətin təmin olunması üçün xüsusi nəqliyyat olmalıdır - Ekspert rəyi
Sputnik Azərbaycan
Uzaq bölgələrdə yaşayan məktəblilərin nəqliyyatla təminatı haqda danışan millət vəkili Etibar Əliyev bildirib ki, bu məsələnin qanuna dəyişiklik kimi nəzərə... 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T22:00+0400
2023-02-06T22:00+0400
2023-02-06T22:00+0400
şagird
cəmiyyət
məktəb
nəqliyyat
rayonlar
bakı
azərbaycan
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985158_361:523:3072:2048_1920x0_80_0_0_12327e26b5a906e52a281e15fa1f85bb.jpg
BAKI, 6 fevral — Sputnik. "Şagirdlərin dərsdən yayınmasının əsas səbəbləri coğrafi şərait, kəndlərarası marşrutların olmamasıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yardımlı rayonunun Əfcədulan kənd orta məktəbinin müəllimi Türkel Tağızadə deyib. Bəs, problemi necə həll etmək olar? Təhsil üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında problem haqda danışaraq təəssüflə bildirib ki, ökənin ucqar rayon və kəndlərində şagirdlərin məktəbə gedib-gəlməsi ilə bağlı problem var.O deyir ki, yollar istifadəyə yararlı olmadığı üçün bu problem yaranır:O bildirib ki, hazırda respublika üzrə 4 440-dan artıq məktəb fəaliyyət göstərir və bu da 1 milyon 600 mindən artıq şagirdin təhsil alması deməkdir:"Onların böyük əksəriyyəti respublikanın müxtəlif rayonlarında təhsil alanlardır. Xüsusən də dağlıq rayonlarda vəziyyət daha acınacaqlıdır. Nəinki şagirdlər, müəllimlər özləri belə dərsə gedib-gəldikdə çətinlik çəkirlər". Ekspert deyir ki, bu problemi həll etmək üçün məktəb və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr mütəşəkkil şəkildə işləməlidir.Digər təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamaısnda bildirib ki, 1.6 milyon şagirdin 1 milyonu bölgələrin payına düşüb:"Dağlıq, dağətəyi rayonlarda olan məktəblərdə qış aylarında şagirdlərin dərsə davamiyyəti problemə çevrilib. Bakıda hər hansı məktəbə müxtəlif ərazilərdən uşaqlar gəlir. Lakin bölgələrdə magistral, mərkəzi yol vahiddir". K.Əsədov onu da deyir ki, bu problemin həlli üçün təkliflər Elm və Təhsil Nazirliyindən gəlməlidir:Milli Məclisin Elm və Təhsil komitəsinin üzvi Etibar Əliyev də problemin aktuallığına toxunub, bildirib ki, bu problem bütün rayonlarda var:"Şagirdlərin məktəbə gətirilməsi üçün nəqliyyat vasitələrinin olması vacibdir. Çünki şagirdlər həm buraxılış, həm də qəbul imtahanları verirlər. Bir çox ekspertlər də proqramın ağırlığından gileylənirlər. Bu mənada dərsə davamiyyət çox vacibdir". O bildirir ki, bütün dünyada təhsilin keyfiyyətindən danışdıqda coğrafi faktor ortadan götürülür. Azərbaycanda da Bakı ilə yanaşı regionlara, kənd məktəblərinə də diqqət etmək lazımdır, coğrafi faktor aradan götürülməlidir."Nəqliyyatla bağlı problem texniki məsələdir və düşünürəm ki, bu problem aradan qaldırılmalıdır. Kənd məktəblərində şagirdlərin nəqliyyatla təminatı üçün konkret proqram qəbul olunmalıdır. Qanunvericilikdə bununla bağlı müddəa olmasa da, regional təhsil idarələri bu barədə düşünməlidirlər. Birmənalı olaraq da belə ərazilərdəki şagirdlər məktəbli nəqliyyatı ilə təmin olunmalıdır. Regional təhsil idarələri onlara ayrılan vəsaitin hesabına azı müəyyən avotbuslar təşkil etməlidir ki, şagirdlər vaxtı-vaxtında məktəbə çatdırılsın. Çünki dərsə davamiyyət olmadan biz proqramın mənimsənilməsindən danışa bilmərik", - deyə o əlavə edib. DİM sədrinin sözlərinə istinad edən millət vəkili deyir ki, şagirdlər proqramı yüksək rəqəmlər çərçivəsində mənimsəmirlər:"Bu o deməkdir ki, onlar oxumaqdan, yazmaqdan, hesabı bilməkdən məhrum olurlar". Millət vəkili onu da bildirir ki, bu məsələnin qanuna dəyişiklik kimi nəzərə alınması vacibdir:"Bu məsələni Milli Məclisdə qaldırmaq mümkündür".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/16/427985158_679:420:2850:2048_1920x0_80_0_0_d20526689941b6a3ce88d0f85c67a299.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şagird, məktəb, nəqliyyat, rayonlar, bakı, azərbaycan, təhsil
şagird, məktəb, nəqliyyat, rayonlar, bakı, azərbaycan, təhsil
Dərsə davamiyyətin təmin olunması üçün xüsusi nəqliyyat olmalıdır - Ekspert rəyi
Uzaq bölgələrdə yaşayan məktəblilərin nəqliyyatla təminatı haqda danışan millət vəkili Etibar Əliyev bildirib ki, bu məsələnin qanuna dəyişiklik kimi nəzərə alınması vacibdir.
BAKI, 6 fevral — Sputnik. "Şagirdlərin dərsdən yayınmasının əsas səbəbləri coğrafi şərait, kəndlərarası marşrutların olmamasıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Yardımlı rayonunun Əfcədulan kənd orta məktəbinin müəllimi Türkel Tağızadə deyib.
Bəs, problemi necə həll etmək olar?
Təhsil üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında problem haqda danışaraq təəssüflə bildirib ki, ökənin ucqar rayon və kəndlərində şagirdlərin məktəbə gedib-gəlməsi ilə bağlı problem var.
O deyir ki, yollar istifadəyə yararlı olmadığı üçün bu problem yaranır:
"Məktəbliləri müvafiq nəqliyyat vasitələri ilə təmin etsək də, xüsusi ilə qeyd edim ki, payız-qış aylarında o yollarla hərəkət etmək mümkün olmur. Yollar təmir olunub normal bir vəziyyətdə bərpa olunduqdan sonra artıq nəqliyyatla bağlı məsələyə baxmaq olar".
O bildirib ki, hazırda respublika üzrə 4 440-dan artıq məktəb fəaliyyət göstərir və bu da 1 milyon 600 mindən artıq şagirdin təhsil alması deməkdir:
"Onların böyük əksəriyyəti respublikanın müxtəlif rayonlarında təhsil alanlardır. Xüsusən də dağlıq rayonlarda vəziyyət daha acınacaqlıdır. Nəinki şagirdlər, müəllimlər özləri belə dərsə gedib-gəldikdə çətinlik çəkirlər".
Ekspert deyir ki, bu problemi həll etmək üçün məktəb və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr mütəşəkkil şəkildə işləməlidir.
Digər təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamaısnda bildirib ki, 1.6 milyon şagirdin 1 milyonu bölgələrin payına düşüb:
"Dağlıq, dağətəyi rayonlarda olan məktəblərdə qış aylarında şagirdlərin dərsə davamiyyəti problemə çevrilib. Bakıda hər hansı məktəbə müxtəlif ərazilərdən uşaqlar gəlir. Lakin bölgələrdə magistral, mərkəzi yol vahiddir".
"Düşünürəm ki, Tovuz, Qazax, Ağstafa, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy kimi ərazilər üçün avtobuslar olmalıdır ki, şagird və müəllimlərin davamiyyəti normal olsun. Çünki yollar palçıqlıdır və hər kəsin şəxsi avomobil almaq imkanı yoxdur ki, övladını məktəbə apara bilsin. Davamiyyəti tənzimləmək üçün mütləq şəkildə bölgələrdə məktəbli avtobusları olmalıdır", - deyə o əlavə edib.
K.Əsədov onu da deyir ki, bu problemin həlli üçün təkliflər Elm və Təhsil Nazirliyindən gəlməlidir:
"Bunun üçün hər bir məktəblə bağlı normal tədqiqat aparılmalıdır və müvafiq qurumlar qarşısında məsələ qaldırılmalıdır ki, həmin ərazilərdə nəqliyyat vasitələri təşkil edilsin və bu şagirdlər üçün pulsuz olsun".
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvi Etibar Əliyev də problemin aktuallığına toxunub, bildirib ki, bu problem bütün rayonlarda var:
"Şagirdlərin məktəbə gətirilməsi üçün nəqliyyat vasitələrinin olması vacibdir. Çünki şagirdlər həm buraxılış, həm də qəbul imtahanları verirlər. Bir çox ekspertlər də proqramın ağırlığından gileylənirlər. Bu mənada dərsə davamiyyət çox vacibdir".
"Yəni, ölkə üzrə dərsə davamiyyətdə ciddi problemlər var. Hətta Bakıda belə dərsə davamiyyət aşağı səviyyədədir. Xüsusən də 10-11-ci siniflərdə bunu görmək mümkündür. Bu amil şübhəsiz ki, məktəblilərin repetitor yanına getməsi ilə bağlıdır. Bütün valideynlər belə hesab edir ki, orta məktəbdə verilən təhsil yetərli deyil. Ona görə də nazirlik dərsə davamiyyət məsələsi ilə xüsusi məşğul olmalıdır", - deyə o əlavə edib.
O bildirir ki, bütün dünyada təhsilin keyfiyyətindən danışdıqda coğrafi faktor ortadan götürülür. Azərbaycanda da Bakı ilə yanaşı regionlara, kənd məktəblərinə də diqqət etmək lazımdır, coğrafi faktor aradan götürülməlidir.
"Nəqliyyatla bağlı problem texniki məsələdir və düşünürəm ki, bu problem aradan qaldırılmalıdır. Kənd məktəblərində şagirdlərin nəqliyyatla təminatı üçün konkret proqram qəbul olunmalıdır. Qanunvericilikdə bununla bağlı müddəa olmasa da, regional təhsil idarələri bu barədə düşünməlidirlər. Birmənalı olaraq da belə ərazilərdəki şagirdlər məktəbli nəqliyyatı ilə təmin olunmalıdır. Regional təhsil idarələri onlara ayrılan vəsaitin hesabına azı müəyyən avotbuslar təşkil etməlidir ki, şagirdlər vaxtı-vaxtında məktəbə çatdırılsın. Çünki dərsə davamiyyət olmadan biz proqramın mənimsənilməsindən danışa bilmərik", - deyə o əlavə edib.
DİM sədrinin sözlərinə istinad edən millət vəkili deyir ki, şagirdlər proqramı yüksək rəqəmlər çərçivəsində mənimsəmirlər:
"Bu o deməkdir ki, onlar oxumaqdan, yazmaqdan, hesabı bilməkdən məhrum olurlar".
Millət vəkili onu da bildirir ki, bu məsələnin qanuna dəyişiklik kimi nəzərə alınması vacibdir:
"Bu məsələni Milli Məclisdə qaldırmaq mümkündür".