https://sputnik.az/20230206/ceyhun-bayramov-britaniyali-naziri-ermenistanin-texribatlari-barede-melumatlandirib-451477076.html
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın təxribatları barədə məlumatlandırıb
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın təxribatları barədə məlumatlandırıb
Sputnik Azərbaycan
Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T21:27+0400
2023-02-06T21:27+0400
2023-02-06T21:27+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
laçın
ermənistan
erməni təxribatı
təxribat
ermənistanın təxribatları
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:3073:1728_1920x0_80_0_0_7cb05ed333c4387dc4241df09a06f16e.jpg
BAKI, 6 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə telefon danışığı zamanı Laçın yolundakı vəziyyət və Ermənistanın təxribatları barədə məlumat verib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.Telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər.Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildirən nazir Ceyhun Bayramov, rəsmi təmasların və səfərlərin əhəmiyyət daşıdığını qeyd edib. Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəf məlumatlandırılıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı olduğu vurğulanıb.Dövlət naziri Leo Dokerti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, başsağlığı diləklərini çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirib.Daha sonra, tərəflər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:2731:2048_1920x0_80_0_0_dc395309aa91646c5b3c11791e685fde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, laçın, ermənistan, erməni təxribatı, təxribat, ermənistanın təxribatları
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, laçın, ermənistan, erməni təxribatı, təxribat, ermənistanın təxribatları
Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın təxribatları barədə məlumatlandırıb
Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib.
BAKI, 6 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə telefon danışığı zamanı Laçın yolundakı vəziyyət və Ermənistanın təxribatları barədə məlumat verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildirən nazir Ceyhun Bayramov, rəsmi təmasların və səfərlərin əhəmiyyət daşıdığını qeyd edib. Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.
Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəf məlumatlandırılıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı olduğu vurğulanıb.
Dövlət naziri Leo Dokerti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, başsağlığı diləklərini çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirib.
Daha sonra, tərəflər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi aparıblar.