https://sputnik.az/20230206/bas-qerargah-reisi-herbi-hisselerin-intensiv-doyus-hazirligini-yoxladi-451449500.html
Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxladı
Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxladı
Sputnik Azərbaycan
Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T13:34+0400
2023-02-06T13:34+0400
2023-02-06T13:34+0400
müdafiə nazirliyi
hərbi
prezident ilham əliyev
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451449056_0:105:815:563_1920x0_80_0_0_85b6ec606d8cdd2bcef4f8cfb5fe7a84.jpg
BAKI, 6 fevral — Sputnik. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib. Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib. Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən bölmələrimiz tərəfindən görülən cavab tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edən Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqinin təmin edilməsi ilə bağlı müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə çatdırıb. Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451449056_0:28:815:639_1920x0_80_0_0_a32d99afc99ee836e440ed9f1dddf721.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
müdafiə nazirliyi, prezident ilham əliyev, ermənistan
müdafiə nazirliyi, prezident ilham əliyev, ermənistan
Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxladı
Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb.
BAKI, 6 fevral — Sputnik. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib. Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması üsulları nəzərə alınmaqla plana uyğun keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin fərdi bacarığının və taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsinə yönəldilib.
Müdafiə nazirinin birinci müavini komandir heyətinə məşğələlərin real döyüş şəraitinə uyğun keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən bölmələrimiz tərəfindən görülən cavab tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edən Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqinin təmin edilməsi ilə bağlı müdafiə nazirinin göstərişlərini aidiyyəti üzrə çatdırıb.
Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.