https://sputnik.az/20230206/azerbaycanli-telebeler-turkiyede-dagintilar-altinda-qaliblar---fotolar-451472748.html
Azərbaycanlı tələbələr Türkiyədə dağıntılar altında qalıblar - Fotolar
Azərbaycanlı tələbələr Türkiyədə dağıntılar altında qalıblar - Fotolar
Sputnik Azərbaycan
Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntıların altında qalıb. 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T17:53+0400
2023-02-06T17:53+0400
2023-02-06T17:53+0400
türkiyə
cəmiyyət
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451443264_0:160:3072:1888_1920x0_80_0_0_826f4a3cf90a22c1ed65826fa92cc869.jpg
BAKI, 6 fevral — Sputnik. Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altında qalıblar. Sputnik Azərbaycan Azxeber.com-a istinadən xəbər verir ki, Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntıların altında qalıb. Həmin tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Həmin tələbələrin fotolarını təqdim edirik. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Türkiyənin zəlzələ baş verən ərazilərində nə qədər azərbaycanlı tələbənin təhsil aldığını söyləmək çətindir. Çünki bununla bağlı hər hansı araşdırılma aparılmayıb. C.Valehov bildirib ki, Türkiyədə azərbaycanlı tələbələrlə bağlı iş aparılır: "Bizim səfirliyimizin təhsil üzrə müşavirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx təmasdadır. Bütün proseslər XİN üzərindən nəzarətdə saxlanılır". Qeyd edək ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 7003-ə çatıb. Kahramanmaraşda 191, Qaziantepdə 200, Şanlıurfada 27, Diyarbəkirdə 41, Adanada 43, Adıyamanda 20, Osmaniyedə 131, Hatayda 250, Kilisdə 13 və Malatyada 98 nəfər olmaqla 1014 insan həyatını itirib. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Malatya, Osmaniye, Hatay və Kilisdə 7003 nəfər yaralanıb. Son məlumata görə, zəlzələ nəticəsində 1014 nəfər həlak olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451443264_171:0:2902:2048_1920x0_80_0_0_aff1aaab74945b0af12a79d7e2af923a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
türkiyə, fövqəladə hallar nazirliyi
türkiyə, fövqəladə hallar nazirliyi
Azərbaycanlı tələbələr Türkiyədə dağıntılar altında qalıblar - Fotolar
Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntıların altında qalıb.
BAKI, 6 fevral — Sputnik. Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altında qalıblar. Sputnik Azərbaycan Azxeber.com-a istinadən xəbər verir ki, Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntıların altında qalıb. Həmin tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Həmin tələbələrin fotolarını təqdim edirik.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Türkiyənin zəlzələ baş verən ərazilərində nə qədər azərbaycanlı tələbənin təhsil aldığını söyləmək çətindir. Çünki bununla bağlı hər hansı araşdırılma aparılmayıb. C.Valehov bildirib ki, Türkiyədə azərbaycanlı tələbələrlə bağlı iş aparılır: "Bizim səfirliyimizin təhsil üzrə müşavirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx təmasdadır. Bütün proseslər XİN üzərindən nəzarətdə saxlanılır".
Qeyd edək ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 7003-ə çatıb.
Kahramanmaraşda 191, Qaziantepdə 200, Şanlıurfada 27, Diyarbəkirdə 41, Adanada 43, Adıyamanda 20, Osmaniyedə 131, Hatayda 250, Kilisdə 13 və Malatyada 98 nəfər olmaqla 1014 insan həyatını itirib. Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Malatya, Osmaniye, Hatay və Kilisdə 7003 nəfər yaralanıb. Son məlumata görə, zəlzələ nəticəsində 1014 nəfər həlak olub.