https://sputnik.az/20230206/azerbaycan-mehsullarinin-cine-ixracinin-asanlasmasinin-sertleri-aciqlandi-451471990.html
Azərbaycan məhsullarının Çinə ixracının asanlaşmasının şərtləri açıqlandı
Azərbaycan məhsullarının Çinə ixracının asanlaşmasının şərtləri açıqlandı
Sputnik Azərbaycan
Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri bildirib ki, indiyədək ölkəsi 26 ölkə və regionla bütün qitələri əhatə edən 19 azad... 06.02.2023, Sputnik Azərbaycan
2023-02-06T20:10+0400
2023-02-06T20:10+0400
2023-02-06T20:10+0400
ixrac
iqtisadiyyat
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445313537_0:160:3073:1888_1920x0_80_0_0_c36c1f7800693b4d9efb1e9e502cf6f2.jpg
BAKI, 6 fevral — Sputnik. Azərbaycanla Çin arasında Azad Ticarət Sazişi imzalanandan sonra keyfiyyətli Azərbaycan məhsullarının Çin bazarına daxil olmasına və ticarət xərclərinin azaldılması üçün daha əlverişli şərait yaradılacaq. Bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib. Onun sözlərinə görə, Çin Azərbaycanla Azad Ticarət Sazişinin imzalanmasının tərəfdarıdır: "Saziş həm də institusional tədbirlər vasitəsilə Çindən daha çox birbaşa sərmayə cəlb etmək, Azərbaycanın istehsal və xidmət sənayesinin inkişafını təşviq etmək və Azərbaycanın geosiyasi üstünlüklərindən daha da istifadə etmək imkanı yaradacaq. Azad Ticarət Sazişi hər iki tərəf üçün faydalıdır. Sazişin əhatə dairəsi, güzəştlər, eləcə də icra müddəti hər iki ölkənin şəraitinə və sənaye bazasına uyğun olaraq bütün dairələr tərəfindən tam qiymətləndirildikdən sonra müəyyən olunacaq". M.Çi vurğulayıb ki, indiyədək Çin 26 ölkə və regionla bütün qitələri əhatə edən 19 azad ticarət sazişi imzalayıb: "2012-ci ildən bəri Çin ümumilikdə 9 sərbəst ticarət sazişinin imzalanmasını başa çatdırıb, mövcud müqavilələri yeniləyib və təkmilləşdirib. Mal ticarəti ilə əlaqədar olaraq, on il ərzində Çin və sərbəst ticarət tərəfdaşları arasındakı ticarətin Çinin ümumi xarici ticarətindəki payı 12,3 %-dən 35 %-ə yüksəlib, tariflərin səviyyəsi tədricən azaldılıb və gömrük rəsmiləşdirilməsinin səmərəliliyi daim artır. İmzalanmış sərbəst ticarət müqavilələrində sıfır tarifli malların payı əsasən 90 %-dən çoxdur və bəzi mallar üzrə 97 %-ə çatır". Səfirliyin müşaviri əlavə edib ki, Çində idxal olunan malların gömrük rəsmiləşdirilməsi müddəti təxminən 4 gündən 1,5 günə, ixrac olunan malların gömrük rəsmiləşdirilməsi isə 12 saatdan 1,2 saata endirilib: "Azad ticarət sazişi investisiya yatırımlarının asanlaşdırılması və qorunması ilə bağlı bir çox tənzimləmələr etdi ki, bu da Çin və azad ticarət tərəfdaşları arasında ikitərəfli investisiya və regional inteqrasiyanın inkişafına kömək edir. Beləliklə, daha sabit sənaye zənciri və tədarük zənciri formalaşır. 2021-ci ildə Çinin xarici investisiya istiqamətlərinin 72 %-i azad ticarət tərəfdaşı ölkələr olub və onların Çinə investisiyası həmin il Çinin ümumi xarici investisiyalarının 86 %-ni təşkil edib".(Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445313537_170:0:2901:2048_1920x0_80_0_0_af62a189a8961b8220909185ee8c32e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ixrac, çin
Azərbaycan məhsullarının Çinə ixracının asanlaşmasının şərtləri açıqlandı
Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri bildirib ki, indiyədək ölkəsi 26 ölkə və regionla bütün qitələri əhatə edən 19 azad ticarət sazişi imzalayıb.
BAKI, 6 fevral — Sputnik. Azərbaycanla Çin arasında Azad Ticarət Sazişi imzalanandan sonra keyfiyyətli Azərbaycan məhsullarının Çin bazarına daxil olmasına və ticarət xərclərinin azaldılması üçün daha əlverişli şərait yaradılacaq.
Bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.
Onun sözlərinə görə, Çin Azərbaycanla Azad Ticarət Sazişinin imzalanmasının tərəfdarıdır: "Saziş həm də institusional tədbirlər vasitəsilə Çindən daha çox birbaşa sərmayə cəlb etmək, Azərbaycanın istehsal və xidmət sənayesinin inkişafını təşviq etmək və Azərbaycanın geosiyasi üstünlüklərindən daha da istifadə etmək imkanı yaradacaq. Azad Ticarət Sazişi hər iki tərəf üçün faydalıdır. Sazişin əhatə dairəsi, güzəştlər, eləcə də icra müddəti hər iki ölkənin şəraitinə və sənaye bazasına uyğun olaraq bütün dairələr tərəfindən tam qiymətləndirildikdən sonra müəyyən olunacaq".
M.Çi vurğulayıb ki, indiyədək Çin 26 ölkə və regionla bütün qitələri əhatə edən 19 azad ticarət sazişi imzalayıb: "2012-ci ildən bəri Çin ümumilikdə 9 sərbəst ticarət sazişinin imzalanmasını başa çatdırıb, mövcud müqavilələri yeniləyib və təkmilləşdirib. Mal ticarəti ilə əlaqədar olaraq, on il ərzində Çin və sərbəst ticarət tərəfdaşları arasındakı ticarətin Çinin ümumi xarici ticarətindəki payı 12,3 %-dən 35 %-ə yüksəlib, tariflərin səviyyəsi tədricən azaldılıb və gömrük rəsmiləşdirilməsinin səmərəliliyi daim artır. İmzalanmış sərbəst ticarət müqavilələrində sıfır tarifli malların payı əsasən 90 %-dən çoxdur və bəzi mallar üzrə 97 %-ə çatır".
Səfirliyin müşaviri əlavə edib ki, Çində idxal olunan malların gömrük rəsmiləşdirilməsi müddəti təxminən 4 gündən 1,5 günə, ixrac olunan malların gömrük rəsmiləşdirilməsi isə 12 saatdan 1,2 saata endirilib: "Azad ticarət sazişi investisiya yatırımlarının asanlaşdırılması və qorunması ilə bağlı bir çox tənzimləmələr etdi ki, bu da Çin və azad ticarət tərəfdaşları arasında ikitərəfli investisiya və regional inteqrasiyanın inkişafına kömək edir. Beləliklə, daha sabit sənaye zənciri və tədarük zənciri formalaşır. 2021-ci ildə Çinin xarici investisiya istiqamətlərinin 72 %-i azad ticarət tərəfdaşı ölkələr olub və onların Çinə investisiyası həmin il Çinin ümumi xarici investisiyalarının 86 %-ni təşkil edib".(Report)