Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paşinyan çox təhlükəli oyun oynayır - Hərbi ekspert

© Sputnik / Murad OrujovRusiyalı politoloq, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko
Rusiyalı politoloq, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko - Sputnik Azərbaycan, 1920, 05.02.2023
Abunə olmaq
Korotçenko bildirir ki, Avropa İttifaqının məqsəd və vəzifələri Cənubi Qafqazda sülh və sabitlik deyil, Ermənistanın ekspansionist planlarını dəstəkləməkdir. Moskva ilə Bakının münasibətlərinə isə zərbə vurmaq istəyənlər çoxdur.
BAKI, 5 fevral - Sputnik. "Paşinyan çox təhlükəli oyun oynayır. Təbii ki, Rusiya öz xarici siyasətini baş verənlərə əsaslanaraq düzəldəcək". Belə bir bəyanatla rusiyalı politoloq, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko "Ednews"a müsahibəsində çıxış edib.
Ekspert bildirib ki, Ermənistan suveren ölkədir və başa düşmək laımdır ki, Paşinyan qanuni baş nazir və onun hakim partiyası olduğu üçün Qərbə üz tutursa və eyni zamanda əhalinin dəstəyini alırsa, deməli ona səs verən seçicilərin əksəriyyəti onun kurslarını ən azından bölüşürlər.
"Bu, artıq ciddi tendensiyadır. Burada cəzadan söhbət getmir, ağlabatan praqmatizmdən söhbət gedir. Amma fakt ondan ibarətdir ki, Ermənistan təkcə özü Qərbin üz tutmur, həm də regiona kənar oyunçuları sürükləyir. Bu, təhlükəlidir".
Onun sözlərinə görə, bütövlükdə Avropa İttifaqının məqsəd və vəzifələri Cənubi Qafqazda sülh və sabitlik deyil, Ermənistanın ekspansionist planlarını dəstəkləməkdir.
"Bu, digər məsələlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı mümkün təcavüzkar hərəkətlərinin qanuniləşdirilməsidir. Amma ən əsası, regionda qeyri-sabitlik olarsa, bu, Rusiyanın iqtisadi maraqlarına zərbə deməkdir, çünki Azərbaycandan, İrandan keçən, ixrac və idxalı böyük ölçüdə təmin edən Şimal-Cənub dəhlizi Rusiya üçün kritik əhəmiyyətə malikdir".
Analitik qeyd edib ki, bu gün Rusiyada Qərbin ticarət-iqtisadi blokadası tətbiq etdiyi bir şəraitdə Avropanın nəqliyyat marşrutları tamamilə bağlanıb. Ona görə də regiona kənardan Qərb oyunçularının cəlb edilməsi regionun bütün ölkələrinə - İrana, Rusiyaya, Türkiyəyə, Azərbaycana tamamilə ziyan vurur.

"Ona görə də Paşinyan çox təhlükəli oyun oynayır. Təbii ki, Rusiya xarici siyasətini baş verənlərə əsaslanaraq düzəldəcək. Hesab edirəm ki, əsas Rusiya Federasiyasının milli maraqlarının qorunması olmalıdır. Və Rusiya Federasiyasının milli maraqları tələb edir ki, birincisi, erməni lobbiçilərinin Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin formalaşmasına təsiri maksimum dərəcədə məhdudlaşdırılsın, daha yaxşısı, istisna edilsin. İkincisi, Rusiya ilə Azərbaycanı ticarət-iqtisadi əlaqələr əsasında yaxınlaşdırmaq və artıq siyasi təmaslarda onları düzəltmək lazımdır".

Korotçenkonun fükrincə, Moskva ilə Bakının münasibətlərinə zərbə vurmaq istəyənlər çoxdur.
"Biz bunu çox yaxşı başa düşürük. Və bunun baş verməməsi üçün hər şeyi etməliyik. Bir daha deyirəm, Xəzər regionu, Cənubi Qafqaz regionu üçün sabitlik vacibdir, iqtisadiyyatın uğurlu fəaliyyətinin əsası budur. Əgər region sabit olmasa, ticarət-iqtisadi əlaqələr pozularsa, bölgəyə kənar oyunçular gəlib sabitliyi sarsıdacaqsa, bütün bunlar regionun bütün ölkələrinə zərbə vuracaq".
Korotçenko onu da bildiri ki, əgər Ermənistan özü üçün belə bir aqibət istəyirsə, bu, onun haqqıdır, lakin qalan ölkələr öz maraqlarını müdafiə etməyə, Qərb oyunçularının regiona daxil olmasının qarşısını almağa yönəlmiş, ən azı, müxtəlif növ hərbi missiyalar formatında ittifaq qurmalıdırlar.

"Hər şey buna doğru gedir. Çünki Paşinyan təklif edir ki, o cümlədən Qarabağda Aİ-nin faktiki hərbi missiyası tətbiq edilsin, Rusiya sülhməramlılarının mandatı Avropa missiyasına dəyişsin. Ona görə də bütün bunlar təhlükəli tendensiyadır".

Ekspert hesab edir ki, Rusiya və Azərbaycan öz maraqlarını birgə müdafiə etmək, regionun sarsıdılmasının qarşısını almaq üçün maksimum dərəcədə öz addımlarını əlaqələndirməlidir:
"Bu, gələcəkdə ölkələrimiz üçün çox ciddi, bəlkə də ölümcül nəticələr deməkdir. Ona görə də regionda kənar oyunçular olmamalıdır. Xəzər dənizi və Cənubi Qafqaz regionu sırf burada olan ölkələrin maraq dairəsi olmalıdır".
Xəbər lenti
0