DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanın keçmiş Prezidenti Kəraçidə dəfn olunacaq - KİV

© Sputnik / Сергей ВеличкинPərviz Müşərrəf
Pərviz Müşərrəf  - Sputnik Azərbaycan, 1920, 05.02.2023
Abunə olmaq
2016-cı ilin martında müalicə üçün xaricə gedən keçmiş prezident həmin vaxtdan etibarən Dubayda yaşayıb.
BAKI, 5 fevral - Sputnik. Pakistanın keçmiş Prezidenti Pərviz Müşərrəf Kəraçidəki qəbiristanlıqda dəfn ediləcək. Bu barədə Azərtac Geo.tv kanalına istinadən məlumat yayıb.
Bildirilib ki, Müşərrəfin ailəsi onun nəşinin vətənə gətirilməsi üçün Pakistanın Dubaydakı konsulluğuna müraciət edib.
Qeyd edək ki, Pakistan İslam Respublikasının sabiq Prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.
2001-ci ildən 2008-ci ilədək Pakistanın Prezidenti olmuş P.Müşərrəf Dubayda dünyasını dəyişib.
Qeyd edək ki, 2016-cı ilin martında məhkəmə Müşərrəfin müalicə üçün xaricə getməsinə icazə verib, bundan sonra eks-prezident Pakistanı tərk edərək BƏƏ-yə köçüb.
Həmin vaxtdan etibarən Müşərrəf Dubayda yaşayıb və müstəntiqlərin fikrincə, ona qarşı açılmış cinayət işi üzrə ədalətdən yayınıb.
Xəbər lenti
0