https://sputnik.az/20230205/heyder-eliyevin-100-illiyine-hesr-olunan-ix-gencliyin-sesi-festivali-davam-edir-451428843.html
Heydər Əliyevin 100 illiyinə həsr olunan IX "Gəncliyin səsi" festivalı davam edir
Heydər Əliyevin 100 illiyinə həsr olunan IX "Gəncliyin səsi" festivalı davam edir
Sputnik Azərbaycan
Konsertdə həmçinin ümummilli lider Heydər Əliyevin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib. 05.02.2023, Sputnik Azərbaycan
2023-02-05T16:05+0400
2023-02-05T16:05+0400
2023-02-05T16:05+0400
heydər əliyev
heydər əliyev ili
konsert
https://cdnn1.img.sputnik.az/img/42258/09/422580929_0:782:2047:1933_1920x0_80_0_0_49132d4b33c4b39e0c4f76843264d779.jpg
BAKI, 5 fevral — Sputnik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-8 fevral tarixlərində keçirilən IX "Gəncliyin səsi" festivalı rəngarəng konsert proqramları, tamaşa nümayişləri ilə davam edir. Fevralın 4-də ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib. Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında gənclər tərəfindən Ulu öndərin sevdiyi əsərlər ifa olunub, mahnılar səsləndirilib. Konsertdə həmçinin ümummilli lider Heydər Əliyevin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib. Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Avanqard" Kamera Orkestri və "DanceAbility" Azərbaycan" inklüziv rəqs şirkətinin heyətləri, eləcə də "Aynabənd" rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər. Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar. Gecədə Fərəc Qarayevin "Qobustan kölgələri" baletindən fraqment, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və Məcnunun dueti ("Ah eylədiyim"), Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun "Yuxu" filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin "Ordan-burdan" operettasından fraqment və digər əsərlər təqdim edilib. Musiqi axşamı tamaşaçıların alqışları ilə qarşılanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42258/09/422580929_0:844:2047:2379_1920x0_80_0_0_6e01373653d0d585e0094b7f19565b5b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heydər əliyev, konsert
Heydər Əliyevin 100 illiyinə həsr olunan IX "Gəncliyin səsi" festivalı davam edir
Konsertdə həmçinin ümummilli lider Heydər Əliyevin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib.
BAKI, 5 fevral — Sputnik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-8 fevral tarixlərində keçirilən IX "Gəncliyin səsi" festivalı rəngarəng konsert proqramları, tamaşa nümayişləri ilə davam edir.
Fevralın 4-də ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib. Heydər Əliyev Sarayında gerçəkləşən konsert proqramında gənclər tərəfindən Ulu öndərin sevdiyi əsərlər ifa olunub, mahnılar səsləndirilib.
Konsertdə həmçinin ümummilli lider Heydər Əliyevin gənclərə müraciəti ilə bağlı videokadrlar nümayiş etdirilib.
Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, "Avanqard" Kamera Orkestri və "DanceAbility" Azərbaycan" inklüziv rəqs şirkətinin heyətləri, eləcə də "Aynabənd" rok qrupu və Nicat Aslanovun caz kvarteti çıxış ediblər.
Gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, xanəndələr Yusif Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli, Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, Mais Muradov (balaban), İsmayıl Zülfüqarov, Fərid Atazadə (tarzən), Fərrux Haşımlı (kamança) və başqaları rəngarəng çıxışlarla tamaşaçıların rəğbətini qazanıblar.
Gecədə Fərəc Qarayevin "Qobustan kölgələri" baletindən fraqment, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından Leyli və Məcnunun dueti ("Ah eylədiyim"), Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals", Arif Məlikovun "Sehrli xalat" filminə yazdığı musiqidən fraqment, Azər Dadaşovun "Yuxu" filminə bəstələdiyi musiqidən parça, Rauf Hacıyevin "Ordan-burdan" operettasından fraqment və digər əsərlər təqdim edilib. Musiqi axşamı tamaşaçıların alqışları ilə qarşılanıb.