https://sputnik.az/20230205/borrell-ranla-nuve-sazisi-uzre-raziliga-gelmek-cetindir-451429291.html
Borrell: İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir
Borrell: İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir
Sputnik Azərbaycan
Aİ-nin xarici siyasət xidmətinin rəhbəri bildirib ki, razılaşma ilkin olaraq yaxşı nəticə versə də, ABŞ sazişdən çıxıb. 05.02.2023, Sputnik Azərbaycan
2023-02-05T18:51+0400
2023-02-05T18:51+0400
2023-02-05T18:51+0400
dünya xəbərləri
iran
cosep borrel
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153877_0:160:3072:1888_1920x0_80_0_0_fe8f749a509db717a45b267cc266057f.jpg
BAKI, 5 fevral — Sputnik. İranın bir sıra məsələlərdə hazırkı mövqeyi onunla nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir. Bunu “El Pais” qəzetinə müsahibəsində Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosep Borrel deyib. “Razılaşma ilkin olaraq yaxşı nəticə versə də, ABŞ sazişdən çıxdı. Sonradan İran hər hansı razılaşmanın əldə olunmasını çətinləşdirən mövqe tutdu. Daxili etirazlara, xüsusən də qadınlara qarşı basqı və təzyiq, ölüm hökmünün tətbiqi elə bir mühit yaradıb ki, nüvə sazişi getdikcə çətinləşir”, - Borrell bildirib. Diplomat əlavə edib ki, hazırda müqavilə dondurulub. 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranın nüvə fəaliyyəti ilə bağlı böhranın aradan qaldırılması üçün İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar.ABŞ-ın eks-prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153877_171:0:2902:2048_1920x0_80_0_0_0e168e28970714352f099198fc667352.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, cosep borrel
Borrell: İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir
Aİ-nin xarici siyasət xidmətinin rəhbəri bildirib ki, razılaşma ilkin olaraq yaxşı nəticə versə də, ABŞ sazişdən çıxıb.
BAKI, 5 fevral — Sputnik. İranın bir sıra məsələlərdə hazırkı mövqeyi onunla nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir. Bunu “El Pais” qəzetinə müsahibəsində Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosep Borrel deyib.
“Razılaşma ilkin olaraq yaxşı nəticə versə də, ABŞ sazişdən çıxdı. Sonradan İran hər hansı razılaşmanın əldə olunmasını çətinləşdirən mövqe tutdu. Daxili etirazlara, xüsusən də qadınlara qarşı basqı və təzyiq, ölüm hökmünün tətbiqi elə bir mühit yaradıb ki, nüvə sazişi getdikcə çətinləşir”, - Borrell bildirib.
Diplomat əlavə edib ki, hazırda müqavilə dondurulub.
2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranın nüvə fəaliyyəti ilə bağlı böhranın aradan qaldırılması üçün İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar.
ABŞ-ın eks-prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.