Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan mahnılarını ifa edən nigeriyalı: "Çalışacağam ki, muğam da öyrənim"

© Photo : İTVCozef Uvezele Okpamen
Cozef Uvezele Okpamen - Sputnik Azərbaycan, 1920, 05.02.2023
Abunə olmaq
Cozef Uvezele Okpamen Nigeriyada yaşadığı dövrdə Azərbaycan haqqında bilgiləri az olsa da sonradan ölkməzin mədəniyyəti, şəhərləri, tarixi onu özünə cəlb edib.
BAKI, 5 fevral — Sputnik. Cozef Uvezele Okpamen əslən nigeriyaldır. Dörd ildir ki, Azərbaycanda yaşayır. Nigeriyada yaşadığı dövrdə Azərbaycan haqqında bilgiləri az olsa da sonradan ölkməzin mədəniyyəti, şəhərləri, tarixi onu özünə cəlb edib.
Bu yaxınlarda İctimai Televiziyada yayımlan "Səs Azərbaycan - Doğma nəğmələr" müsabiqəsində iştirak edən Cozef Naxçıvan Dövlət Universitetində tibb fakültəsində təhsili alır:

"Mənim həmişə dünyanı gəzmək arzusunda olmuşam. Fərqli mədəniyyətlər, şəhərlər mənim diqqətimi cəlb edib. Azərbaycan haqqında bilgim çox deyildi. Sonradan internet vasitəsi ilə bu ölkənin tarixini, mədəniyyətini araşdırdım, çox sevdim. Azərbaycan mədəni ölkədir. Mən başqa xarici ölklərdə də yaşadım. Hər yerdə yaxşı insanlar da var, pis insanlar da. Amma Azərbaycanlılar daha mədənidirlər".

Müsahibimiz bildirir ki, Azərbaycan dilini dostlarının köməyi ilə öyrənib. Onun sözlərinə görə, türk dili Azərbaycan dilinə nisbətən daha çətindir:
"Digər yerləri bilmirəm, amma Naxçıvanda belədir ki, sən mütləq Azərbaycan dilini bilməlisən. Ona görə bir il, iki semestr mən Azərbaycan dili keçdim. Dostlarım mənimlə ingiliscə danışanda deyirdim ki, mənimlə Azərbaycan dilində danışın. Asan olmadı, çünki, Azərbaycan dilində insanlar bir sözü müxtləif formalarda deyirlər. Bu baxımdan mənə çətin oldu, amma öyrəndim. İndi rahatlıqla anlaya bilirəm. Türkiyədən də tanışlarım var, o dilləriniz arasında oxşarlıq olsa da amma mənə görə Azərbaycan dili daha rahatdır ".
Milli mətbəximizdən danışan qonağımız bildirir ki, Azərbaycan mətbəxini çox sevir:

"Ən sevdiyim yemək plovdur. Bozbaş və "üç bacı dolması"nı çox sevirəm".

Okpamen onu da bildirir ki, Azərbaycan mahnılarının içində ilk öyrəndiyi musiqi "Sarı gəlin"dir. O, keçən il həmin mahınını Naxçıvanda təşkil olunan Novruz şənliyində ifa edib:
"İlk dəfə "Sarı gəlin" mahnısını Naxçıvanda oxuyanda öyrəndim. Gördüm ki, insanlar bu mahnını çox sevir. Sonra mənə bu mahnının tarixindən danışdılar, xalq mahnısı olduğunu söylədilər. Mahnının tempi xoşuma gəldi. Onun sözlərini tərcümə etdirdim, sonra öyrəndim. Azərbaycan sənətçilərini tanımıram. Amma mahnılarını dilləndikcə heyran oluram. Bu yaxınlarda daha bir mahnınızı - Alim Qasımovun "Qalanı Xatirədir" əsərini öyrəndim, çox sevdim".
Nigeriyalı qonağımız "Səs Azərbaycan - Doğma nəğmələr" müsabiqəsində iştirakından söz açıb:
"Mən keçən il qatılmaq istəyirdim. Amma qeydiyyatı gecikdirdim. Bu il iştirak etmək istəyəndə dedilər ki, xarici mahnılara icazə verilməyəcək. Çətin olacağını bilsəm də, qatıldım. Mənim üçün əsas olan o idi ki, mən ifamı yaxşı edim. Həmin an münasiflərin dönüb-dönməyəcəyini düşünmürdüm. Çox sağ olsunlar ki, hər üç münsif döndü. Mən o vaxta qədər nə Samirə xanımı, nə Gülyaz xanımı, nə də İlqar Xəyalı tanıyırdım. Amma İlqar Xəyal mənə Azərbaycan estrada mahnılarını öyrədəcəyini dediyinə görə seçdim. Aşıq Samirə və Gülyaz xanım da çox gözəl xanımlardır. Amma onların janrı mənə çox çətin gəlir. Mən muğamı çox bəyənirəm, amma mənə olduqca çətin gəlir. Amma çalışacağam ki, muğam da öyrənim".
Xəbər lenti
0