https://sputnik.az/20230204/kecmis-bas-nazirler-conson-ve-trass-siyasetden-getmeyi-planlasdirmirlar---kiv-451413970.html
Keçmiş baş nazirlər Conson və Trass siyasətdən getməyi planlaşdırmırlar - KIV
Keçmiş baş nazirlər Conson və Trass siyasətdən getməyi planlaşdırmırlar - KIV
Sputnik Azərbaycan
Ötən il Böyük Britaniyada bir neçə hökumət başçısı olub. 04.02.2023, Sputnik Azərbaycan
2023-02-04T18:45+0400
2023-02-04T18:45+0400
2023-02-04T18:49+0400
dünya xəbərləri
boris conson
liz trass
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/07/443789878_0:108:1673:1049_1920x0_80_0_0_968d4eec71255bda17d31398dfe31234.jpg
BAKI, 4 fevral - Sputnik. Böyük Britaniyanın keçmiş baş nazirləri Boris Conson və Liz Trass siyasətdən getməyi planlaşdırmırlar. Bu barədə Times qəzeti yazır.Nəşrin saytındakı materiala görə, nə Conson, nə də Trass “siyasətdən sakit istefa etməyi və ya varisinin həyatını asanlaşdırmağı planlaşdırmırlar”.Qeyd olunur ki, Trass bu həftə sonu hökumət başçısı vəzifəsindən getdikdən sonra ilk dəfə olaraq vergilərin azaldılmasına çağıracağı müəllif məqaləsi ilə çıxış edəcək. "O, döyüşü uduzduğunu düşünür, lakin bu, uzun bir oyundur", - deyə Trassın adı açıqlanmayan müttəfiqi bildirib.Nəşrin məlumatına görə, Trassın tərəfdarları kampaniya günlərindən “köhnə WhatsApp qruplarını canlandıraraq səfərbər olurlar”. Qəzetin mənbələri deyirlər ki, Trass, partiya müxalifətdə olarsa, torilərə rəhbərlik etmək üçün "ümid payına" sahibdir.Trassın baş nazirlikdəki sələfi Boris Consona gəlincə, onun "siyasi dönüş ümidini itirmədiyi" deyilir.Ötən il Böyük Britaniyada bir neçə hökumət başçısı olub. Rişi Sunak 2022-ci ildə Böyük Britaniyanın üçüncü baş naziri oldu, o, 1812-ci ildən bəri Britaniya hökumətinin ən gənc lideri və ölkə tarixində Hindistan əsilli ilk baş nazirdir. İyul ayında Boris Conson baş nazir postunu tərk etmək niyyətində olduğunu açıqlamışdı. Sentyabr ayında onun yerinə seçilən Liz Trass, iqtisadi siyasətlərinin geniş tənqidindən sonra istefasını elan etməzdən əvvəl cəmi 44 gün davam etdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/07/443789878_66:0:1607:1156_1920x0_80_0_0_ca4268d6f3565252b2da831af360c6a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boris conson, liz trass, böyük britaniya
boris conson, liz trass, böyük britaniya
Keçmiş baş nazirlər Conson və Trass siyasətdən getməyi planlaşdırmırlar - KIV
18:45 04.02.2023 (Yenilənib: 18:49 04.02.2023) Ötən il Böyük Britaniyada bir neçə hökumət başçısı olub.
BAKI, 4 fevral - Sputnik. Böyük Britaniyanın keçmiş baş nazirləri Boris Conson və Liz Trass siyasətdən getməyi planlaşdırmırlar. Bu barədə Times qəzeti yazır.
Nəşrin saytındakı materiala görə, nə Conson, nə də Trass “siyasətdən sakit istefa etməyi və ya varisinin həyatını asanlaşdırmağı planlaşdırmırlar”.
Qeyd olunur ki, Trass bu həftə sonu hökumət başçısı vəzifəsindən getdikdən sonra ilk dəfə olaraq vergilərin azaldılmasına çağıracağı müəllif məqaləsi ilə çıxış edəcək. "O, döyüşü uduzduğunu düşünür, lakin bu, uzun bir oyundur", - deyə Trassın adı açıqlanmayan müttəfiqi bildirib.
Nəşrin məlumatına görə, Trassın tərəfdarları kampaniya günlərindən “köhnə WhatsApp qruplarını canlandıraraq səfərbər olurlar”. Qəzetin mənbələri deyirlər ki, Trass, partiya müxalifətdə olarsa, torilərə rəhbərlik etmək üçün "ümid payına" sahibdir.
Trassın baş nazirlikdəki sələfi Boris Consona gəlincə, onun "siyasi dönüş ümidini itirmədiyi" deyilir.
Ötən il Böyük Britaniyada bir neçə hökumət başçısı olub. Rişi Sunak 2022-ci ildə Böyük Britaniyanın üçüncü baş naziri oldu, o, 1812-ci ildən bəri Britaniya hökumətinin ən gənc lideri və ölkə tarixində Hindistan əsilli ilk baş nazirdir. İyul ayında Boris Conson baş nazir postunu tərk etmək niyyətində olduğunu açıqlamışdı. Sentyabr ayında onun yerinə seçilən Liz Trass, iqtisadi siyasətlərinin geniş tənqidindən sonra istefasını elan etməzdən əvvəl cəmi 44 gün davam etdi.