CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava necə olacaq - Hava proqnozu

© Sputnik / Murad OrujovBakıda yağmurlu hava, arxiv şəkli
Bakıda yağmurlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2023
Abunə olmaq
Bölgələrdə havanın əsasən yağmursuz olacağı bildirilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
BAKI, 4 fevral - Sputnik. Fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu 6-9° isti, dağlarda 0-5° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Xəbər lenti
0