https://sputnik.az/20230204/azerbaycanda-insanlar-niye-tez-qocalir---nfoqrafk-muqayse-451384671.html
Azərbaycanda insanlar niyə tez "qocalır"? - İNFOQRAFİK MÜQAYİSƏ
Azərbaycanda insanlar niyə tez "qocalır"? - İNFOQRAFİK MÜQAYİSƏ
Sputnik Azərbaycan
Biznes məsləhətçisi səbəbi iş tapa bilməyənlərin savadsızlığında, millət vəkili isə özəl sektorun zəif olmasında görür. 04.02.2023, Sputnik Azərbaycan
2023-02-04T09:29+0400
2023-02-04T09:29+0400
2023-02-04T09:29+0400
şəxs
cəmiyyət
pensiya
gənc
ayrıseçkilik
ekspert
iş
savad
https://cdnn1.img.sputnik.az/img/42371/97/423719772_0:0:1920:1080_1920x0_80_0_0_c49254c3d8f15744722a69618d4cda25.jpg
BAKI, 4 fevral — Sputnik. Hazırda dünyanın bəzi ölkələrində gənclik yaş qrupuna 52-53 yaşa qədər insanlar aid olunur. Buna misal olaraq Yunanıstan və Kipri göstərə bilərik. Bəzi ölkələrdə isə bu yaş 34, 39, 41, 45 və 48 yaşadək müəyyənləşdirilir. Məsələn, bu yaş həddi İsraildə 45, Belçikada 46, Rumıniyada isə 48-dək müəyyənləşdirilir. Azərbaycanda gənclik yaşı 29-dəkdir, 63-65 yaş isə pensiya yaşı hesab edilir.Bir çox hallarda insanlar hətta 30 yaşdan sonra da iş tapmaqda çətinlik çəkirlər. 35-40 yaşdan sonra isə iş tapmaq onlar üçün böyük problemə çevrilir. Nəticədə həmin şəxslər özlərini nə gənc, nə də qoca hesab edə bilirlər. Pensiya yaşına kifayət qədər müddət qaldığından isə bu insanlar nə edəcəklərini də bilmir, müəyyən yaşdan sonra özlərini yararsız hesab edirlər. Problemin kökündə nə dayanır, ümumiyyətlə bu yaş kateqoriyası nəyə əsasən müəyyənləşir? Hüquq müdafiəçisi Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəyyən sahələr üzrə yaş məhdudiyyəti ola bilər. Məsələn, hakimlik və s. vəzifələr üzrə yaş məhdudiyyətinin olması başa düşüləndir:Mütəxəssis hesab edir ki, uşaq evlərində çalışan bir insan üçün yaş məhdudiyyətinin olması başa düşüləndir."18 yaşlı biri ilə 20-40 yaşlı birinin təcrübəsi də fərqlidir. Uşaqla işləmək üçün psixoloji hazırlıq olmalıdır, bu mənada həmin vakansiya üzrə şəxsin cəmiyyətə adaptasiya ilə bağlı yaş məhdudiyyətinin qoyulması başa düşüləndir". Ə.Məmmədli belə bir sualla bağlı fikirlərini bölüşüb: yaş diskriminasiyası olarsa, o zaman 40 yaşlı bir insan nə zaman, necə iş tapa bilər?Ekspertin sözlərinə görə, Azərbaycanda yaş diskriminasiyası daha çox özəl sektorda müşahidə edilir:"Amma bəzən dövlət qurumlarında da bu mənzərə müşahidə olunur. Məsələn, dövlət qurumlarında 65 yaşı tamam olan kimi şəxsə, "sən artıq müəllim işləyə bilməzsən, getməlisən" deyərək onların əmək hüquqlarının dərhal məhdudlaşdırılması düzgün deyil. Şəxsin yaşının 65 olması onun pensiya hüququnun tanınması deməkdir. 65 ilə 66 yaş arasında bir yaş fərq var, məhsuldarlıq da demək olar ki, fərqli deyil. Təsəvvür edin, şəxs 3-cü sinfə dərs deyir və yaşı tamamlandığı üçün fəaliyyətini dayandırır. Şəxsə 65 yaşında pensiyaya çıxma hüququ verilir, əgər o işini axsatmırsa, məhsuldarlığı varsa, istəsə bu hüququndan 70-də də istifadə edə bilər", - deyə o əlavə edib. Gənclik yaşı neçə olmalıdır? Ə.Məmmədli bildiribki, qanunvericilikdə gənclik yaşının 29-dək göstərilməsi hansısa hüquqi icra etmək üçün deyil:Gənclik yaşı 29-da bitir, lakin həqiqi hərbi xidmətə çağırış 35 yaşadəkdir Ekspert bildirib ki, gənclik yaşının 29-dək olması özü məntiqə ziddir:Maraqlıdır, yaş kateqoriyaları nəyə əsasən müəyyənləşir? Ə.Məmmədli ehtimal edir ki, burada orta statistik ailəqurma, övad sahibiolma yaşı və s nəzərə alınaraq bu yaş kateqoriyaları müəyyənləşdirilə bilər: "Ümumiyyətlə, bir problem də qanunlar qəbul olunarkən maddələrin əsaslandırılmasının olmamasıdır. Şəxsin özünün 40 yaşdan sonra iş tapmaqda çətinlik çəkməsində özünün necə, günahı varmı? Peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda insanların 40 yaşdan sonra iş tapmaqda çətinlik çəkməsinin səbəbi müasir biliklərinin olmamasıdır:"Bu şəxlsərin baxış bucaqları çox dardır, vəziyyəti geniş qiymətləndirə bilmirlər, gələcəyi görməkdə çətinlik çəkirlər. İş dünyasının reallıqları haqda heç bir məlumatları yoxdur. Bundan başqa, bu şəxslərdə "softskills", yəni hərfi mənada desək, daha yumşaq, daha bəsit bacarıqlarında da problemlər var. Yəni, onların nitqində, özlərini təqdimetmələrində, rəhbərlə ünsiyyətin qurulmasında ciddi sıxıntı var", - deyə o əlavə edib. Ekspert deyib ki, bir insan Azərbaycanda iş tapa bilmirsə, özünü savadlı hesab edirsə, ehtimal ki, elə problem onun savadındadır:"O qədər savadlı insanlar var ki, bilik-bacarılqarını sata bilmirlər. Əgər şəxs çox işləyir, lakin bilik və bacarıqlarını sata bilmirsə, bu zaman qəbahət elə onun özündədir", - deyə ekspert əlavə edib. Nə etməli? F.Ağayev onu da deyib ki, bu insanlar "papaqlarını qabaqlarına qoyub" özlərinin mənfi və müsbət cəhərlətlərini təhlil etməli, inkişaf üçün bir plan yazmalıdırlar:Millət vəkili Fazil Mustafa işə qəbuletmə yeridilən sosial-iqtisadi siyasətlə bağlıdır:"Bu siyasətdə natamamalıqlar olanda tam formada əhalinin məşğujlluğunu təmin etmək mümkün olmur".İşə qəbul prosesində daha gənclərə üstünlük verildiyini deyən millət vəkili qeyd edir ki, özəl sektor zəiflədildiyi üçün iş tapmaq problemə çevrilir:Yaş kateqoriyalarından söz düşmüşkən qeyd edək ki, dünyanın bir çox ölkələrində orta yaş 35, 40, 43, 46 yaşdan, qocalıq yaşı 56, 62, 66-dan başlayır. Yuxarıda qeyd etdiyimiz ölkələrdə - Yunanıstanda orta yaş 54-dən, qocalıq yaşı isə 69-dan başlayır. Kiprdə orta yaş 53-dən, qocalıq yaşı 67-dən başlayır. Bu kimi ölkələrdə insanlar uzun müddət cavan olurlar, təqaüdə isə bir o qədər də gec çıxmırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42371/97/423719772_19:0:1920:1426_1920x0_80_0_0_e7f84d68a463893145bca1e257bcc230.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəxs, pensiya, gənc, ayrıseçkilik, ekspert, iş, savad
şəxs, pensiya, gənc, ayrıseçkilik, ekspert, iş, savad
Azərbaycanda insanlar niyə tez "qocalır"? - İNFOQRAFİK MÜQAYİSƏ
Biznes məsləhətçisi səbəbi iş tapa bilməyənlərin savadsızlığında, millət vəkili isə özəl sektorun zəif olmasında görür.
BAKI, 4 fevral — Sputnik. Hazırda dünyanın bəzi ölkələrində gənclik yaş qrupuna 52-53 yaşa qədər insanlar aid olunur. Buna misal olaraq Yunanıstan və Kipri göstərə bilərik. Bəzi ölkələrdə isə bu yaş 34, 39, 41, 45 və 48 yaşadək müəyyənləşdirilir. Məsələn, bu yaş həddi İsraildə 45, Belçikada 46, Rumıniyada isə 48-dək müəyyənləşdirilir.
Azərbaycanda gənclik yaşı 29-dəkdir, 63-65 yaş isə pensiya yaşı hesab edilir.
Bir çox hallarda insanlar hətta 30 yaşdan sonra da iş tapmaqda çətinlik çəkirlər. 35-40 yaşdan sonra isə iş tapmaq onlar üçün böyük problemə çevrilir. Nəticədə həmin şəxslər özlərini nə gənc, nə də qoca hesab edə bilirlər. Pensiya yaşına kifayət qədər müddət qaldığından isə bu insanlar nə edəcəklərini də bilmir, müəyyən yaşdan sonra özlərini yararsız hesab edirlər.
Problemin kökündə nə dayanır, ümumiyyətlə bu yaş kateqoriyası nəyə əsasən müəyyənləşir?
Hüquq müdafiəçisi Ələsgər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəyyən sahələr üzrə yaş məhdudiyyəti ola bilər. Məsələn, hakimlik və s. vəzifələr üzrə yaş məhdudiyyətinin olması başa düşüləndir:
"Bəzi vəzifələr var ki, orada hazırlıq tələb olunur, şəxsin fiziki göstəriciləri yuxarı olmalıdır. Belə olan halda yaş göstəricisi müəyyən mənada əsas gətirilə bilər. Amma misal olaraq deyək, əgər AZAL elan qoyur və bildirir ki, stüardessa vakansiyasına görə 22 yaşadək olan şəxslər işə qəbul olunur, təbii ki, bu diskriminasiyadır. Çünki şəxs 30-40 yaşda da eyni işi görə bilər. Yaxud da satıcı qız vakansiyası üzrə yaş məhdudiyyətinin 20-25 olması da diskriminasiyadır. Spesifik iş deyilsə, insanları yaşa görə ayırmaq düzgün deyil, burada legitimlik yoxdur".
Mütəxəssis hesab edir ki, uşaq evlərində çalışan bir insan üçün yaş məhdudiyyətinin olması başa düşüləndir.
"18 yaşlı biri ilə 20-40 yaşlı birinin təcrübəsi də fərqlidir. Uşaqla işləmək üçün psixoloji hazırlıq olmalıdır, bu mənada həmin vakansiya üzrə şəxsin cəmiyyətə adaptasiya ilə bağlı yaş məhdudiyyətinin qoyulması başa düşüləndir".
Ə.Məmmədli belə bir sualla bağlı fikirlərini bölüşüb: yaş diskriminasiyası olarsa, o zaman 40 yaşlı bir insan nə zaman, necə iş tapa bilər?
"Bəlkə bu insan 40 il də yaşayacaq, hələ həyatının tən yarısını yaşayıb. Bu müddətdə o işsiz qalmalıdır? Konstitusiyanın 25-ci maddəsinə əsasən yaşa görə diskriminasiyanın olması qadağandır. Bu məhdudiyyət şəxsə zərər vurursa, hətta Cinayət Məcəlləsinin 154-cü maddəsi ilə cinayət məsuliyyəti də yarana bilər. Dünyada Ombudsman institutunun bərabərlik anlayışı var, Təəssüf ki, bununla bağlı Azərbaycanda ombudsmanın fəaliyyəti effektiv deyil. Düşünürəm ki, Ombudsmana bu istiqamətdə səlahiyyətlər verilsə, arzuolunmaz hallar minimuma enər".
Ekspertin sözlərinə görə, Azərbaycanda yaş diskriminasiyası daha çox özəl sektorda müşahidə edilir:
"Amma bəzən dövlət qurumlarında da bu mənzərə müşahidə olunur. Məsələn, dövlət qurumlarında 65 yaşı tamam olan kimi şəxsə, "sən artıq müəllim işləyə bilməzsən, getməlisən" deyərək onların əmək hüquqlarının dərhal məhdudlaşdırılması düzgün deyil. Şəxsin yaşının 65 olması onun pensiya hüququnun tanınması deməkdir. 65 ilə 66 yaş arasında bir yaş fərq var, məhsuldarlıq da demək olar ki, fərqli deyil. Təsəvvür edin, şəxs 3-cü sinfə dərs deyir və yaşı tamamlandığı üçün fəaliyyətini dayandırır. Şəxsə 65 yaşında pensiyaya çıxma hüququ verilir, əgər o işini axsatmırsa, məhsuldarlığı varsa, istəsə bu hüququndan 70-də də istifadə edə bilər", - deyə o əlavə edib.
Gənclik yaşı neçə olmalıdır?
Ə.Məmmədli bildiribki, qanunvericilikdə gənclik yaşının 29-dək göstərilməsi hansısa hüquqi icra etmək üçün deyil:
"Ümumilikçdə, 18-65 yaşlı olan şəxslər əmək qabiliyyətli hesab edilir".
Gənclik yaşı 29-da bitir, lakin həqiqi hərbi xidmətə çağırış 35 yaşadəkdir
Ekspert bildirib ki, gənclik yaşının 29-dək olması özü məntiqə ziddir:
"Həqiqi hərbi xidmətə çağırış 35 yaşadəkdir, 29 yaşdan sonra şəxs necə gənc hesab edilə biməz? Təbii ki, indiki halda İki qanun arasında bir ziddiyət yaranır. Bu diskriminativ yanaşmadır. 29-35 yaşlar arası bir ciddi fərq də yoxdur. Bu gün dünya futbol səhifəsində Ronaldo, Messi kimi ulduzların 37-38 yaşlarda da böyük reytinqlərə imza atdığını görürük".
Maraqlıdır, yaş kateqoriyaları nəyə əsasən müəyyənləşir?
Ə.Məmmədli ehtimal edir ki, burada orta statistik ailəqurma, övad sahibiolma yaşı və s nəzərə alınaraq bu yaş kateqoriyaları müəyyənləşdirilə bilər: "Ümumiyyətlə, bir problem də qanunlar qəbul olunarkən maddələrin əsaslandırılmasının olmamasıdır.
Şəxsin özünün 40 yaşdan sonra iş tapmaqda çətinlik çəkməsində özünün necə, günahı varmı?
Peşəkar idarəçi və biznes məsləhətçisi Fəxri Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda insanların 40 yaşdan sonra iş tapmaqda çətinlik çəkməsinin səbəbi müasir biliklərinin olmamasıdır:
"Bu şəxslərin həm öz ixtisası, həm də müasir texniki bilikləri yoxdur. Təsəvvür edin, iyirmi il öncə təhsil alan şəxs işlədiyi sahədə heç bir şəkildə özünü inkişaf etdirməyib, amma özlərini 20 illik təcrübəli sayırlar, lakin onların bu müddətdə işləri eyni işləri təkrarlamaq olub".
"Bu şəxlsərin baxış bucaqları çox dardır, vəziyyəti geniş qiymətləndirə bilmirlər, gələcəyi görməkdə çətinlik çəkirlər. İş dünyasının reallıqları haqda heç bir məlumatları yoxdur. Bundan başqa, bu şəxslərdə "softskills", yəni hərfi mənada desək, daha yumşaq, daha bəsit bacarıqlarında da problemlər var. Yəni, onların nitqində, özlərini təqdimetmələrində, rəhbərlə ünsiyyətin qurulmasında ciddi sıxıntı var", - deyə o əlavə edib.
Ekspert deyib ki, bir insan Azərbaycanda iş tapa bilmirsə, özünü savadlı hesab edirsə, ehtimal ki, elə problem onun savadındadır:
"Bir çox hallarda görmüşəm ki, insanın diplomu var, amma savadı yoxdur, sadəcə olaraq ortada gəzir ki, savada diqqət yetirmirlər. Şəxs bisavaddırsa, onun nə Azərbaycanda, nə də ki xaricdə işi olacaq. O zəhmət çəkmirsə, heç bir zaman uğur qazanmayacaq".
"O qədər savadlı insanlar var ki, bilik-bacarılqarını sata bilmirlər. Əgər şəxs çox işləyir, lakin bilik və bacarıqlarını sata bilmirsə, bu zaman qəbahət elə onun özündədir", - deyə ekspert əlavə edib.
F.Ağayev onu da deyib ki, bu insanlar "papaqlarını qabaqlarına qoyub" özlərinin mənfi və müsbət cəhərlətlərini təhlil etməli, inkişaf üçün bir plan yazmalıdırlar:
"Bu şəxslər bilməlidir ki, inkişaf 3-5 ayda gediləcək yol deyil".
Millət vəkili Fazil Mustafa işə qəbuletmə yeridilən sosial-iqtisadi siyasətlə bağlıdır:
"Bu siyasətdə natamamalıqlar olanda tam formada əhalinin məşğujlluğunu təmin etmək mümkün olmur".
İşə qəbul prosesində daha gənclərə üstünlük verildiyini deyən millət vəkili qeyd edir ki, özəl sektor zəiflədildiyi üçün iş tapmaq problemə çevrilir:
"Xaricdə insanların çoxu Dövlət Qulluğuna qəbul olmaqda maraqlı olmurlar. Bizdə isə iş yeri yoxdur, özəl sektor isə özünü güclə ayaqda saxlayır. Özəl sektorun stimullaşdırılması isitqamətində müəyyən addımlar atılmır, korrupsiya elementləri də buna mane olur. Düşünürəm ki, özəl sektoru dirçəltsək, əhalinin işlə bağlı heç bir problemi olmayacaq, maaş da yüksək olacaq. Əsas problem özəl sektorun zəif olmasındadır".
Yaş kateqoriyalarından söz düşmüşkən qeyd edək ki, dünyanın bir çox ölkələrində orta yaş 35, 40, 43, 46 yaşdan, qocalıq yaşı 56, 62, 66-dan başlayır. Yuxarıda qeyd etdiyimiz ölkələrdə - Yunanıstanda orta yaş 54-dən, qocalıq yaşı isə 69-dan başlayır. Kiprdə orta yaş 53-dən, qocalıq yaşı 67-dən başlayır. Bu kimi ölkələrdə insanlar uzun müddət cavan olurlar, təqaüdə isə bir o qədər də gec çıxmırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.