https://sputnik.az/20230203/neft-niye-ucuzlasib-451366566.html
Neft niyə ucuzlaşıb?
Neft niyə ucuzlaşıb?
Sputnik Azərbaycan
Azərbaycan neftinin qiyməti 2,27 dollar və ya 2,63% azalaraq 84,14 dollar təşkil edib. 03.02.2023, Sputnik Azərbaycan
2023-02-03T11:42+0400
2023-02-03T11:42+0400
2023-02-03T11:54+0400
neft-qaz
"azerilight" markalı neft
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240181_0:160:3072:1888_1920x0_80_0_0_352161ed3a30a28831b6abe413565c61.jpg
BAKI, 3 fevral — Sputnik. Dünya bazarlarında neft ucuzlaşıb. "Brent" neftinin dəyəri 0,28% azalaraq 1 barelə görə 81,94 dollar, WTI markalı neftin 1 barelinin qiyməti 0,3% azalaraq 75,65 dollara bərabər olub. Azərbaycan neftinin qiyməti 2,27 dollar və ya 2,63% azalaraq 84,14 dollar təşkil edib. Qeyd edək ki, ABŞ-da iqtisadi tənəzzül narahatlığı və Çində iqtisadi canlanma ilə bağlı qeyri-müəyyənlik tələbə təsir göstərdiyi üçün neft ucuzlaşıb. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 25 faiz bəndi artıraraq 4,50-4,75% həddinə çatdırıb. FED qeyd edib ki, son aylarda inflyasiya geri çəkilsə də qiymət təzyiqlərini daha da aşağı salmaq üçün hələ də faizləri artırmalıdır. Yüksək faiz dərəcələri bu il ABŞ iqtisadiyyatına ağır təsir göstərəcək və bu, tələbin zəifləyəcəyi ilə bağlı narahatlıqlara səbəb olub. Böyük Britaniya və Avropada artan faiz dərəcələri də neft bazarlarına təsir edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240181_171:0:2902:2048_1920x0_80_0_0_7bb2baa338ded09a59fdd62b5b53fc9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"azerilight" markalı neft, qiymət
"azerilight" markalı neft, qiymət
Neft niyə ucuzlaşıb?
11:42 03.02.2023 (Yenilənib: 11:54 03.02.2023) Azərbaycan neftinin qiyməti 2,27 dollar və ya 2,63% azalaraq 84,14 dollar təşkil edib.
BAKI, 3 fevral — Sputnik. Dünya bazarlarında neft ucuzlaşıb. "Brent" neftinin dəyəri 0,28% azalaraq 1 barelə görə 81,94 dollar, WTI markalı neftin 1 barelinin qiyməti 0,3% azalaraq 75,65 dollara bərabər olub.
Azərbaycan neftinin qiyməti 2,27 dollar və ya 2,63% azalaraq 84,14 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-da iqtisadi tənəzzül narahatlığı və Çində iqtisadi canlanma ilə bağlı qeyri-müəyyənlik tələbə təsir göstərdiyi üçün neft ucuzlaşıb.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 25 faiz bəndi artıraraq 4,50-4,75% həddinə çatdırıb. FED qeyd edib ki, son aylarda inflyasiya geri çəkilsə də qiymət təzyiqlərini daha da aşağı salmaq üçün hələ də faizləri artırmalıdır. Yüksək faiz dərəcələri bu il ABŞ iqtisadiyyatına ağır təsir göstərəcək və bu, tələbin zəifləyəcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
Böyük Britaniya və Avropada artan faiz dərəcələri də neft bazarlarına təsir edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2023-cü ilin əvvəlindən neft qiymətləri Çində tələbin artacağı gözləntiləri ilə yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.